Məhkəmə qərarları › İş №2(046)-835/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-835/2021

10.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-835/2021 10.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 10 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh ilə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 0.00597 ha həyətyanı torpaq sahəsinə dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mərhum həyat yoldaşı Səadət Bədirova ilə 1958-ci ildə rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuş, birgə nikahlarında 5 uşaqları anadan olmuşdur. Həyat yoldaşı Səadət Bədirova 2001-ci ildə vəfat etdikdən sonra, Reyhan Bədirova ilə ailə quraraq, hal- hazıradək sonuncu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Qızı Cavabdeh həyat yoldaşı ilə nikah münasibətlərini pozduqdan sonra, yaşamaq üçün mülkiyyətində olan evə köçmək istəsə də, lakin icazə verməmişdir. Bundan sonra, cavabdeh ona və digərlərinə qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05.09.2011-ci il tarixli 2(046)-394/2011 nömrəli qətnaməsi ilə Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Göyçay rayonunda islahat aparılarkən, Cavabdeh ünvan 2 ünvanda paspoıt qeydiyyatında olduğu üçün, adı mülkiyyətçilər sırasına daxil edilmiş, bu səbəbdən M.Ə.Rəsulzadə küçəsi 81 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış verilərkən, cavabdehin adı da torpaq sahəsinə münasibətdə mülkiyyətçilər sırasına daxil edilmişdir. Hazırda cavabdehlə torpaq sahəsindən istifadə ilə bağlı mübahisə vardır. Belə ki, Cavabdeh mülkiyyətində olan evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə etməyinə imkan vermir, müxtəlif yollarla buna mane olur. Cavabdehlə dəfələrlə məhkəmədən kənar qaydada payların müəyyən olunması ilə bağlı danışıqlar aparsa da bir nəticəsi olmamışdır. Belə olan halda birgə mülkiyyətdəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 81 ünvanda yerləşən 0.00597 ha həyətyanı torpaq sahəsinin paylara uyğun ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək iddiaçı ilə payların müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ucar ərazı idarəsi tərəfindən verilmiş 17.08.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı və Cavabdehnun ümumi-birgə mülkiyyətlərinə ünvan 1 ünvanda 0.00597 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçı öz payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0.00597 ha həyətyanı torpaq sahəsində payının müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D I: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olan 0.00597 ha torpaq sahəsinin ½ hissədə hər birinin payının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən verilmiş 17.08.2020ci il tarixli çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti olan 0.00597 ha torpaq sahəsinin ½ hissədə paylarının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar