Məhkəmə qərarları › İş №2(046)-842/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-842/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-842/2022 15.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat məbləğində borc pulun və 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki tanıyır. 2020-ci ilin iyul ayında cavabdeh ona müraciət edərək toy etmək məqsədi ilə ondan 6500 manat borc pul istəmiş, Münasibətlərinin yaxşı olduğunu nəzərə alıb, cavabdehə 2020-ci ilin iyul ayının 2-i 6500 manat borc pul vermişdir. Cavabdeh həmin pulu 2021-ci ilin yanvar ayınadək qaytarmağı öz öhdəsinə götürmüş, lakin cavabdeh aldığı 6500 manat borc puldan hissə-hissə olmaqla 2000 manatını 2020-ci ilin yay aylarında qaytarmış, qalan 4500 manat pulu isə bu vaxtadək qaytarmamışdır. Cavabdehə borcunu qaytarması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. 2022-ci il tarixdə Göyçay rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, ərizəsinə əsasən Cavabdeh polis şöbəsinə çağırılmış, izahatı alınmış, izahatında ondan 6500 manat borc pul aldığını, həmin borcdan 2000 manatını qaytardığını, qalan 4500 manat borcunu isə tezliklə qaytaracağını bildirmişdir. Bundan başqa məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcundan 800 manatını ödəmişdir. Hal-hazırda cavabdehin ona 3700 manat borcu qalmışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 6500 manat borc almışdır,həmin puldan 200 manatını iddiaçıya qaytarmışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra 800 manat borcundan ödəmiş, iddiaçıya hal-hazırda 3700 manat borcu qalmışdır. Qalan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia, iddiaçının məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 2020-ci ildə hissəhissə olmaqla 6500 manat borc vermiş, cavabdeh həmin borcdan iddiaçıya 2000 manatını qaytarmışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona olan borcundan 800 manat ödəmiş, cavabdehin iddiaçıya hal-hazırda 3700 manat borcu qalmışdır İddiaçı məxsus 3700 manat məbləğində pul vəsaiti Cavabdehnın qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 65 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3700 manat pul və dövlət rüsumu kimi ödənilmiş 65 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3700 manat pul və 65 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar