Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-85/2025 01.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********09 nömrə ilə qeydə alınmış 0.35 ha həyətyanı torpaq sahəsindəki və İddiaçı1, İddiaçı2 və İddiaçı4 paylı mülkiyyətlərində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********00 nömrə ilə qeydə alınmış 1.6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, Göyçay rayonunun Mallı Şıxlı kəndində onların və mərhum X2 paylı mülkiyyətində 0,35 ha həyətyanı torpaq sahəsi və 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Hər iki torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.X3 09 may 2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı1 cavabdehlə mərhum anaları X1 qalmış mirasla bağlı ixtilafı olduğu üçün İddiaçı1 miras əmlakda payın tanınması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(046)-670/2024 saylı qətnaməsi ilə İddiaçı1 tələbi təmin edilmiş, onun X1 miras qalmış Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1,6149 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/3 hissəsində ( 1/12) , Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən 0,35 ha yaşayış məntəqələrinin 1/5 hissəsinin 1/3 hissəsində (1/15) miras payı müəyyən edilmişdir. Cavabdehlə naturada bölgü barədə razılığa gələ bilmədikləri üçün həmin torpaq sahələri üzərində sərəncam verə bilmirlər. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, iddiaya münasibətini yazılı qaydada bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində 0.35 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 1/24 hissədə, İddiaçı2 1/5 hissədə, İddiaçı3 1/5 hissədə, İddiaçı4 1/5 hissədə, X2 2/15 hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində 1.6149 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 4/12 hissədə, İddiaçı2 1/4 hissədə, İddiaçı4 1/4 hissədə, X2 2/12 hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/167 saylı rəyindən görünür ki, **********09 reyestr, ********** saylı qeydiyyat nömrəli, çıxarışa əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0.35 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğunu, fərdi yaşayış evi üzrə payların müəyyən olunmadığını nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı1 mülkiyyətində olan 4/15 hissəsinin, İddiaçı2 mülkiyyətində olan 1/5 hissəsinin, İddiaçı3 mülkiyyətində olan 1/5 hissəsinin və İddiaçı4 mülkiyyətində olan 1/5 hissəsinin naturada bölgüsünün mümkün olmadığı müəyyən olundu. (sxem əlavə edilir) **********00 reyestr, ********** saylı qeydiyyat nömrəli, çıxarışa əsasən Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.6149 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olan 4/12 hissəsinin, İddiaçı2 mülkiyyətində olan 1/4 hissəsinin və İddiaçı4 mülkiyyətində olan 1/4 hissəsinin naturada bölgüsü ayrıca təcrid edilmiş qaydada girişçıxış yolu müəyyən edilməklə mümkün olduğu müəyyən edilir. Mümkün bölgü variantı rəyə əlavə olumuş sxemdə müəyyən olunmuşdur. (sxem əlavə edilir) Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətlərində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.6149 ha torpaq sahəsinin naturada bölünməsi mümkündür.Lakin Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0.35 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın reyestr nömrəsi **********00 saylı olan çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.6149 ha torpaq sahəsi İddiaçı1 4/12 hissədə, İddiaçı2 1/4 ( ha) hissədə, İddiaçı4 1/4 hissədə, naturada bölünməlidir. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılmalıdır.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Daşınmaz əmlakın reyestr nömrəsi **********00 saylı dövlət qeydiyyatına alınmış çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.6149 ha torpaq sahəsi İddiaçı1 4/12 hissədə, İddiaçı2 1/4 hissədə, İddiaçı4 1/4 hissədə naturada bölünsün. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılsın.) Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-85/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-85/2025
01.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver