Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-873/2021 11.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Sadiq oğluna qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sadiq oğlundan 720 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək edərək göstərmişdir ki, Cavabdeh Sadiq oğlu 2020ci ilin noyabr ayında 2 baş inəyi, biri 330 manata, digərini isə 400 manata nisyə satmışdır. Cavabdeh borcunun bir qismini ödəsə də qalan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Bu barədə Göyçay rayon Polis şöbəsinə müraciət etmiş, cavabdeh borclu olduğu pulu polis şöbəsində izahat verərək etiraf etmişdir. Buna görə də cavabdehdən 720 manat borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Sadiq oğluna məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göyçay rayon Polis şöbəsindən məhkəməyə daxil olmuş, İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh Sadiq oğlu 23.12.2020-ci il tarixdə Göyçay rayon polis şöbəsində izahat verərək İddiaçı 760 manat manat dəyərində 2 bay inək aldığını, hazırda cavabdehə 760 manat borcu qaldığını etiraf etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı Cavabdeh Sadiq oğluna 2020-ci ilin noyabr ayında 760 manat dəyərində nisyə 2 baş inək satmışdır. Cavabdeh həmin pulun bir qismini ödəmiş, hal-hazırda cavabdehin iddiaçıya 720 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 720 manat məbləğində pul vəsaiti Cavabdeh Sadiq oğlunun qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı məxsus 720 manat məbləğində pul vəsaiti Cavabdeh Sadiq oğlununun qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sadiq oğlundan 720 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Sadiq oğlundan 720 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-873/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-873/2021
11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver