Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-881/2025 23.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat pulun, 1000 manat yol xərcinin və 130 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 7-8 ildir ki, tanıyır. 2023-cü ilin iyun ayında rəfiqəsi də sözügedən lotereyaya qoşulmaq istədiyini, onun da aylıq ödəniş edərək pul götürmək istədiyini, vaxtlı-vaxtında ödəniş edəcəyini bildirmiş, bu səbəbdən Vüsalə ilə onun sözlərinə inanaraq Mülayimi oyuna qoşmuşlar. Mülayim aylıq 1000 manat ödəniş etdikləri oyundan xx.xx.2023-cü il tarixdə 9000 manat aylıq 500 manat ödəniş etdikləri oyundan 2023-cü ilin sentyabr ayında 4500 manat, aylıq 250 manat ödəniş etdikləri oyundan təxminən 2023-cü ilin sentyabr ayında 2500 manat pulu götürmüş telefonlarını söndürmüş və onların zənglərinə cavab verməmişdir. Beləliklə Cavabdeh iddia ərizəsində qeyd olunan lotereya oyunlarından ümumilikdə 16000 manat pulu götürərərək geri qaytarmasından yayınmışdır. İstintaq ərəfəsində cavabdeh Abşeron Rayon Polis idarəsinin müstəntiqinə ifadə verərkən göstərmişdir ki, onun başqa başqa şəxslərə pul borcu olduğundan həmin pulu borcuna ödəmişdir. Bundan sonra iddiaçi İddiaçı veriləcək 16000 manat pulu qaytarılmasından müəyyən yollarla yayınaraq və o cümlədən telefonlarını söndürərək Azərbaycan Respublikası hüdudlarından kənara yəni, Türkiyə Respublikasına qaçmışdır. İddiaçı dəfələrlə cavabdehdən pulun geri alınmasına cəhd etsə də heç bir nəticə əldə olunmamışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq Abşeron Rayon Polis İdarəsinin şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən Tədqiqat və İstintaq şöbəsində məsələ araşdırılaraq, təqsirləndirilən şəxsin yəni cavabdehin Polis İdarəsinə məcburi gətirilməsi barəsində qərar qəbul olunmuşdur. Bir neçə ay keçdikdən sonra, cavabdeh sərhəd keçən zaman saxlanılaraq, Abşeron Rayon Polis idarəsinin müstəntiqinə təhvil verilmişdir. Abşeron Rayon Polis İdarəsinin müstəntiqi polis mayoru X2 tərəfindən araşdırılmış, İddiaçı Cavabdeh 16000 manat borcunun olması faktı sübuta yetirilmişdir. Beləliklə, istintaq araşdırması zamanı cavabdeh İddiaçı borclu olduğu puldan 7000 manat ödəmiş qalan 8000 manat pulu isə yaxın müddətdə ödəcəyinə söz vermişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, bir neçə ildir ki, cavabdehlə rəfiqəlik etmiş, eyni zamanda eyni evdə yaşamışlar. Cavabdeh onun yanına gələrək bildirmişdir ki, o, çətin vəiyyətdədir, borcları var və bu səbəbdən borclarının bağlanması üçün lotereya oyununa qoşulmaq istəyir. Cavabdeh hər zaman ondan aldığı malların pulunu vaxtı vaxtında ödədiyindən, cavabdehə inanaraq onun da oyuna qoşulmasına razılıq vermişdir. 2023-cü ilin oktyabrında oyundan yığılan pullar cavabdehə borclarını ödəməsi üçün verildikdən sonra cavabdeh yoxa çıxmış, telefonlarına zəng çatmamış, qaldığı evdən köçmüşdür. Bu səbəbdən iddiaçı pis vəziyyətdə qalmış, digər oyun iştirakçıları da pulların qaytarılmasını ondan tələb etmişlər. İddiaçı digər oyun iştirakçılarından cavabdehin tapılması üçün kömək istəmiş və onlarla birlikdə polis idarəsinə ərizə ilə müraciət etmişlər. Nəticədə 2024-cü ilin sentyabrda cavabdeh polis idarəsinə gətirilmişdir. Cavabdeh idarədə ondan xahiş edərək bildirmişdir ki, o borcları ödəmək üçün gəlmiş və borcları bağlamağa razıdır. Axşam cavabdeh iddiaçının evində qalmış, pulun müəyyən hissəsini ödəmişdir. Daha sonra cavabdeh bildirişdir ki, o üç ay ərzində burada olacaq və pulun digər hissəsini ödəyəcək. 1-2 gün ərzidə cavabdeh onun evində qaldıqdan sonra yenidən yoxa çıxmışdır. O cavabdehi yenidən tapmış, cavabdeh də qısa müddət ərzində pulu qaytaracağını bildirmişdir. Lakin bir müddət sonra cavabdehlə yenidən əlaqələri kəsilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh Türkiyədədir. Cavabdeh ona borcu ödəcəyinə dair notariusda təsdiqlənən qəbz təqdim etsədə, nəticə etibarilə borcu ödəməmişdir. Cavabdehin əvvəl 16000 borcu mövcud idi. Cavabdeh əvvəlcə 7000 manat, daha sonra 1000 manat ödəniş etmişdir. Ümumilikdə cavabdehin 8000 manat borcu mövcuddur. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, iddiaya münasibətini yazılı qaydada bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, subaydır və hazırda heç bir yerdə işləmir. İddiaçı və X1 barəsində yazmış olduqları ərizə ilə tanış olmuşdur. O, İddiaçı və Vüsalə Novruzovanı təxminən 7-8 ildir ki, tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 2023-cü ilin iyun ayında 10 nəfərlə lotereya oynamağa başlamışlar. Həmin vaxt o da həmin lotereyaya qoşulmuşdur. O, iştrakçılara aylıq ödəniş etməklə pul götürmək istədiyini bildirməklə onlara vaxtlı-vaxtında ödənişləri edəcəyini bildirmişdir. Bu səbəbdən oyuna qoşulmuşdur. O, aylıq 1000 manat ödəniş edilən oyundan xx.xx.2023-cü il tarixdə 9000 manat, aylıq 500 manat ödəniş edilən oyundan 2023-cü ilin sentyabr ayında 4500, aylıq 250 manat ödəniş edilən oyundan 2023cü ilin təxminən sentyabr ayında 2500 manat pulu götürmüşdür. Onun başqa bocu olduğundan həmin götürdüyü pullarla boclarını ödəmişdir. Daha sonra lotereya pulunu ödəməyə imkanım olmamışdır. Bu səbəbdən Arzu və Vüsalənin telefon zənglərinə cavab vermə bilməmişdir. Daha sonra ümumilikdə təxminən 16000 manat puldan, 7000 manatını ödəmiş, qalıq 8000 məbləği isə ödəməyə söz verir, belə ki, bunun üçün ona zaman lazımdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8000 manat borcu olduğunu etiraf etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 9000 manat, 2023-cü ilin sentyabr ayında isə 7000 manat borc pul almışdır. Cavabdeh qeyd edilən məbləğdən 7000 manatı qaytarmış, 8000 manat borcu qalmışdır. Qeyd edilən fakt Cavabdeh tərəfindən Bakı şəhər Abşeron RPİ-də verdiyi izahatla və xx.xx.2024-cü il tarixdə tərtib etdiyi qəbzlə öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı məxsus 8000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı 1000 manat yol xərcinin cavabdehdən tutularaq ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyi həddə yəni, 130 manat dövlət rüsumunun 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000 manat borc və 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat borc və 100 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-881/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-881/2025
23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver