Məhkəmə qərarları › İş №2(046)-895/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-895/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-895/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun əvəzinə ödədiyi kredit borcunun 784 manat 85 qəpik manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildən Göyçay şəhəri Nizami adına tam orta məktəbdə birlikdə işləmişdir. Bir müddət sonra ona özü üçün kredit götürməyə və ondan onun üçün zamin olmağını xahiş etmişdir. O cavabdehin səmimiliyinə inanaraq xx.xx.2014-cü il tarixdə 1000 manat məbləğində götürülən kreditə zamin durmuşdur. Cavabdeh almış olduğu krediti 03 avqust 2018-ci il tarixədək banka qaytarmalı idi. Lakin, uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmiş, bu səbəbdən zamin kimi pulu məhkəmə qərarına əsasən maaşından tutulmaqla 2024-cü ilin fevral ayılnadək hissə-hissə ödəmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi səbəbindən geri qaytarılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)- 2394/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bokt "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, İddiaçı ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddia tələbi qismən təmin edilərək,cavabdehlər Cavabdeh və İddiaçı 659 manat 24 qəpik əsas borc, 92 manat 86 qəpik faiz borcu, 5 manat 39 qəpik cərimə borcu olmaqla, cəmi 757 manat 49 qəpik və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı Bokt "xxxx" MMC-nin xeyrinə ödənilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)- 2394/2021 saylı icra vərəqəsinin surətindən görünür ki,cavabdehlər Cavabdeh və İddiaçı 659 manat 24 qəpik əsas borc, 92 manat 86 qəpik faiz borcu, 5 manat 39 qəpik cərimə borcu olmaqla, cəmi 757 manat 49 qəpik və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı Bokt "xxxx" MMC-nin hesabına keçirilməsi,dövlət rüsumunun kəsiri olan 10 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayonu üzrə Təhsil Sektoru tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 40(1)-534 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 2(046)-2394/2021 saylı icra vərəqəsinə və qətnaməsinə əsasən borclu İddiaçı 2023-cü ilin yanvar ayında əmək haqqısından 172 manat 64 qəpik, 2023-cü ilin fevral ayında 172 manat 64 qəpik, mart ayında 202 manat 99 qəpik, aprel ayında 36 manat 58 qəpik, may ayında 187 manat 84 qəpik, iyun ayında 12 manat 16 qəpik,dekabr ayında 172 manat 64 qəpik olmaqla cəmi 784 manat 85 qəpik pul tutularaq Bokt "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İşə əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və 80 manat pensiya alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kreditor Bokt "xxxx" MMC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmiş,kreditin təminatı olaraq zamin İddiaçı ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən kreditorun tələbi Göyçay Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli,2(046) 2394/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək,Cavabdeh və İddiaçı 659 manat 24 qəpik əsas kredit borcun,92 manat 86 qəpik faiz borcun,5 manat 39 qəpik cərimənin,cəmi 757 manat 49 qəpik kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq kreditor Bokt "xxxx" MMC-in hesabına keçirilməsi qət edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(046) 2394/2021 saylı icra vərəqəsinə əsasən əlavə olaraq dövlət rüsumunun kəsiri olan 10 manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,zamin İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliyini tamamilə icra etmiş,bu səbəbdən kreditorun hüquqları öhdəliyin icra edilmiş hissəsinə mütənasib həcmdə zamin İddiaçı keçmişdir.Məhkəmə hesab edir ki,zamin İddiaçı tərəfindən 784 manat 85 qəpik məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan,zamin İddiaçı kreditorun yerini tutaraq öhdəliyin icrasına sərf etdiyi vəsaiti geriyə tələb etmək (reqres) hüququna malik olmuş,ona görə də iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həll edilməsinə gəldikdə, məhkəmə nəzərə alır ki, İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olunduğundan ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. İddianın qiyməti 784 manat 85 qəpik olduğundan, tutulmalı olan dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 784 manat 85 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar