Məhkəmə qərarları › İş №2(046)-90/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-90/2023

19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-90/2023 19.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 və X7 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X3 10.500 ABŞ dolları pulun və ödənilmiş 147 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 və onun mərhum atası X1 olan, Nailin mərhum atasından qalmış köhnə evi və evin yerləşdiyi torpaq sahəsini 2012-ci ildə ona satmaq barədə razılaşaraq ondan 10500 ABŞ dolları pul almış və alqı-satqını rəsmiləşdirməyə söz vermişlər. Həmin il mərhum X15 kəndində başqa yerdə ev inşa edərək ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Aldığı ev köhnə tikili olduğu üçün 2014-cü ildə həmin evi söküb yeni ev inşa etmək istəyərkən mərhum Ağabəy Şərifov və Cavabdeh1 ondan evi sökməməyi, ödədiyi 10500 ABŞ dollarını geri qaytaracaqlarını bildirmişlər və belə qərara gəlmələrini evi ona satmaqlarına peşman olmaları ilə əsaslandırmışlar. Lakin həmin vaxtdan ötən müddət ərzində dəfələrlə tələb etsə də mərhum Ağabəy Şərifov və Cavabdeh1 onlara ödədiyi 10500 ABŞ dolları pulu geri qaytarmamışlar. X8 2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun oğlu Cavabdeh1 ona və mərhum atasına ödədiyi 10500 ABŞ dolları pulu ona qaytarmadığı üçün Göyçay rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayəti araşdırılarkən Cavabdeh1 Göyçay rayon Polis Şöbəsində izahat verərək 2022-ci ilin yanvar ayının sonunadək 10500 ABŞ dollarını ona qaytaracağına söz vermiş, lakin həmin vaxtdan ötən 3 aydan artıq müddət ərzində nə Cavabdeh1, nə də mərhum atasının digər hüquq varisləri ödədiyi 10500 ABŞ dolları pulu geri qaytarmamışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 2012-ci ildə Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evini mərhum atası X8 ilə birlikdə iddiaçıya 10.500 ABŞ dollarına satmışlar. Bundan bir neçə ay sonra iddiaçı qeyd edilən evi sökərək yeni ev inşa etmək istəmiş, lakin onunla razılaşmayaraq, pulun geri qaytaracağını bildirmişlər. Bundan bir neçə gün sonra 10.000 ABŞ dollarını mərhum atası və əmisi ilə birlikdə iddiaçının mərhum atası və qardaşına vermək istəmişlər, lakin pul tam olmadığı üçün götürməmişlər. İddiaçının polis şöbəsinə müraciət əsasında izahatı alınmış, iddiaçıya 10.500 ABŞ dolları borcun qaytarmadığını bildirmişdir. Bundan başqa atası 2019-cu il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra digər cavabdehlərlə birlikdə atasından miras qalmış əmlakları idarə edərək qəbul etmişlər. İddiaçıya olan 10.500 ABŞ dolları borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə Göyçay RPŞ-də verdiyi izahatında göstərmişdir ki, 2012-ci ildə Göyçay rayonu Çaxırlı kəndində yerləşən fərdi yaşayış evini mərhum atası X8 ilə birlikdə İddiaçı 10.500 ABŞ dollarına satmışlar. 2014-cü ildə Arifin həmin evi sökərək yeni ev inşa etmək istədiyini bilmişlər. Bundan sonra Arifə evi sökməməyini, peşman olduqlarını həmin 10.500 ABŞ dolları məbləğində pulu qaytaracaqlarını bildirmişlər. 2015-ci il tarixdə mərhum atası Ağabəy və əmisi Nurəddin, 10.000 ABŞ dolların Arifin atası Ətrafa və qardaşı Faiqə vermək istəmişlər, lakin məbləğ tam olmadığından pulu qəbul etməkdən imtina etmişlər. 2019-cu il tarixdə atası vəfat etmişdir. İddiaçı 10.500 ABŞ dollarını qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Çaxırlı kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X2 aşağıdakı ailə üzvləri var: oğlu Cavabdeh1, arvadı Cavabdeh2, qızları X12 və X11. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı 2012-ci ildə Cavabdeh1 və mərhum X4 10.500 ABŞ dolları pul verərək fərdi yaşayış evini almışdır. Lakin tərəflər arasında həmin fərdi yaşayış evinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. 2014-cü il tarixdə Cavabdeh1 və mərhum X8 İddiaçı müraciət edərək 10.500 ABŞ dollarını ona geri qaytaracaqlarını və fərdi yaşayış evini daha satmadıqlarını bildirmişlər. 2019-cu il tarixdə X8 vəfat etmişdir. Keçən müddət ərzində 10.500 ABŞ dollarını iddiaçıya qaytarmamışlar. Məhkəmə baxışı zamanı cavabdehlərin mərhum X8 vəfat etdikdən sonra ona məxsus əmlakı faktiki idarə etdikləri müəyyən edilmişdir. Göründüyü kimi cavabdehlər iddiaçı qarşısında miras əmlakdan hər birinin payına münasibətdə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi İddiaçı məxsus 10.500 ABŞ dolları cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X6 qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 147 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X3 10.500 ABŞ dolları pulun Azərbaycan manatı ilə məzənnəsi və və dövlət rüsumu kimi ödənilmiş 147 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və X3 10.500 ABŞ dolları pulun Azərbaycan manatı ilə məzənnəsi və və dövlət rüsumu kimi ödənilmiş 147 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar