Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-934/2023 17.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh (iddia ərizəsində səhvən adı X1 göstərilmişdir) ilə uzun müddət dostluq etmişdir. 2023-cü ilin əvvələrində ona müraciət edərək bir neçə şəxslərdən xurma aldığını, həmin məhsulların pulunu ödəməkdə maddi çətinliyinin yarandığını və buna görə də ona borc pul verməyini xahiş etmişdir. Cavabdehin səmimiliyinə və uzun müddət yaxın dost münasibətində olduqlarını nəzərə alaraq, Cavabdeh 3000 manat borc pul vermişdir. Cavabdeh özünü inandırmaq üçün həmin borcun 1 ay müddətində qaytarılması üçün öz əl yazması ilə izahat yazaraq imzaladı. Bundan sonra dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin ona olan borcun ödəməkdən boyun qaçırdığını görüb bu barədə Göyçay rayon polis şöbəsinə şikayət etmişdir. Şikayətindən sonra cavabdeh polis şöbəsinə çağırılmış və şöbədə 3000 manat borcunun olduğunu öz izahatında qeyd edərək, qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və göstərdi ki, cavabdehə xx.xx.2023-cü ildə 3000 manat 1 ay müddətinə qaytarmaq şərtilə borc pul vermiş, keçən müddət ərzində cavabdehə dəfələrlə borcun qaytarılmasını bildirsə də, cavabdeh borcu qaytarmamışdır. Məhkəməyə müraciət etdikdən sonra, cavabdeh 3000 manat borcundan 300 manatını qaytarmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi,izahat verərək göstərdi ki,doğrudan da İddiaçı 3000 manat borc pul almış, lakin borcundan 300 manat qaytarmışdır. Hazırda iddiaçıya 2700 manat borcu qalmışdır.Maddi vəziyyəti yaxşı olmadığına görə borcu qaytara bilməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc aldığını,borcu 15 fevral 2023-cü il tarixdə qaytaracağını göstərmişdir . Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul aldığını, keçən müddət ərzində borcundan 300 manatı qaytarmasını, 2700 manat borcu qalmasını göstərmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borcmüqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflər arasında borc münasibətlərinin 26 yanvar 2023-cü ildə yaranması,borc məbləğinin 3000 manat məbləğində olması və 1 ay ərzində qaytarılması şərtilə verilməsi Cavabdeh 26 yanvar 2023-cü il tarixli əl yazısı və məhkəmədə verdiyi izahatı,iddia ərizəsi və iddiaçının izahatı ilə təsdiq olunur.Borcun müəyyənləşdirilmiş müddət ərzində qaytarılması təmin edilmədiyindən İddiaçı borcun qaytarılması tələbini irəli sürməkdə haqlıdır.Qaytarılmalı olan borc məbləğinə gəldikdə məhkəmə hesab edir ki,borcun 300 manat hissədə qaytarılması nəzərə alınmalı,Cavabdeh 2700 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi təmin edilməli,bununla da iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,iddianın 90% təmin edildiyindən,məhkəmə xərclərinin 90%-45 manatı cavabehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 90% cavabdehə aid edilsin. Cavabdeh 45 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-934/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-934/2023
17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver