Məhkəmə qərarları › İş №2(046)-947/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-947/2020

16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-947/2020 16.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və cavabdeh Göyçay rayonunun Potu kənd Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahələri Cavabdeh mülkiyyətinə keçdiyinə görə ona satılan 0.05 ha torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin satılması ilə bağlı xx xxx 2014-cü il tarixdə müsabiqə keçirilmişdir. Göyçay rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən xx xxx 2014-cü il tarixdə keçirilən müsabiqənin İddiaçı və Elçin Qədirov qalibi olmuş və onlara xx xxx 2014-cü il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Bundan sonra 0.05 ha torpaq sahəsinin ona və 0.05 ha torpaq sahəsinin Elçin Qədirova satılmasına qanuni əsaslar yaranmışdır. Cavabdeh bank hesabına onun tərəfindən 1050 manat, X4 tərəfindən isə 1045 manat ödənilmiş, bundan sonra Cavabdeh ilə onun arasında 0.05 ha torpaq sahəsinə dair Göyçay rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Torpaq sahəsi məhkəmə qərarları ilə Cavabdeh mülkiyyətinə qaytarılmış, onun və X2 adlarına verilmiş sənədlər etibarsız hesab edilmişdir. Ona satılan 0.05 ha torpaq sahəsinin 0.01 hektarının real bazar qiyməti 3000 manatdır. Bu səbəbdən hesab edir ki, torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçdiyinə görə ona satılan 0.05 ha torpaq sahəsinin dəyəri olan 15000 manat pul Cavabdehndən alınaraq ona verilməlidir. Buna görə də barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay rayonunun Potu kənd Bələdiyyəsinin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir, ona görə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Potu kənd bələdiyyəsi tərəfindən İddiaçı 1050 manat məbləğində pul ödənilmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinən görünür ki, İddiaçı tərəfindən xx xxx 2014-cü il tariхdə Pоtu Bələdiyyəsinə ödənilmiş 1050 manat pulun Kərimоv Fikrət Şaməddin оğluna qaytarılması qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətinə verilmiş Cavabdeh mülkiyyətinə keçdiyinə görə, ona satılan 0.05 ha torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pulun Cavabdehndən alınaraq ona verilməsini tələb edir. Tədqiq edilmiş sübutlardan görünür ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı satılmış, İddiaçı adına verilmiş torpaq sahəsinə dair Dövlət reyestrdən çıxarış məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmiş və Kərimоv Fikrət Şaməddin оğlu tərəfindən Cavabdeh hesbaına ödənilmiş 1050 manat ona geri qaytarılmışdır. Məhkəmə baxışı zamanı iddiaçı Kərimоv Fikrət Şaməddin оğlu Cavabdehndən 15000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Kərimоv Fikrət Şaməddin оğlunun cavabdeh Göyçay rayonunun Potu kənd Bələdiyyəsinə qarşı torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçdiyinə görə ona satılan 0.05 ha torpaq sahəsinin real bazar dəyəri olan 15000 manat pul Cavabdehndən alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindn dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdehndən 15000 manat pulun alınaraq ona ödənilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar