Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-950/2022 28.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (bacısı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdehnndan 1500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh törətdiyi avtoqəza zamanı səhətinə vurduğu ziyanın ödənilməsi üçün 17 sentyabr 2021-ci tarixdə ona iltizam verərək 1500 manat pulu sığorta pulunu aldıqdan sonra ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh Rzayev X1 rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirli bilinb 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu 1500 manat puldan ödəməmişdir. 02 fevral 2022-ci ildə cavabdehə pretenziya məktubu göndərsə də, cavabdeh həmin məktubu alsa da pulun qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh sığorta şirkətindən ona çatası 1500 manat pulu almış, lakin ona ödəməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (bacısı) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı, İddiaçı dəymiş ziyan cavabdeh tərəfindən ödənilmişdir. Bundan sonra İddiaçı notarial qaydada ərizə yazaraq, ona ödəniləcək 1500 manat pulun, Cavabdeh ödənilməsinə etirazı olmadığını bildirmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh sığortadan alacağı 1500 manat məbləğində pulu İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ona dəymiş 1500 manat ziyanın Cavabdeh tərəfindən ödənilidiyini, Cavabdehvə onun mülki məsuliyyətini sığortalanmış Atəşgah ASC-yə qarşı tələbinin olmadığını bildirmişdir. Bundan başqa İddiaçı ona ödənilməli olan 1500 manat pul vəsaitinin Cavabdeh verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş Atəşgah Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən ona dəymiş zərər sığortalı Cavabdeh tərəfindən qarşılanmışdır. Eyni zamanda İddiaçı ona ödənilməli olan 1500 manat sığorta ödənişinin Cavabdeh ödənilməsinə etiraz etmədiyini bildirmişdir.Sığortaçı notarial qaydada təsdiq edilmiş ərizəni nəzərə alaraq Cavabdeh 1500 manat sığorta ödənişi vermişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş 1500 manat ziyanın Cavabdeh tərəfindən ona ödənilmədiyini iddia edir, həmin pulun cavabdehdən alınaraq ödənilməsini xahiş edir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş 1500 manat ziyanın Cavabdeh tərəfindən ona ödənilməsi barədə notarial qaydada ərizə vermişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 1500 manat pulun alınaraq ona ödənilməsinə dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1500 manat pulun alınaraq ona verilməsi barədə tələbi tam əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 121.2 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1500 manat pulun alınaraq ona verilməsi barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1500 manat pulun alınaraq ona verilməsi barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-950/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-950/2022
28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver