Məhkəmə qərarları › İş №2(046)-959/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-959/2020

01.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-959/2020 01.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Məlikkənd kəndində yerləşən ümumi sahəsi 56 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh qızına məxsus 48 adda cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə oğlu X5 Cavabdeh ilə el adəti ilə toy edib, qeyri-rəsmi evlənmiş, lakin rəsmi olaraq nikahları qeydiyyata alınmamışdır. Cavabdeh toydan sonra onların yaşadığı fərdi yaşayış evinə müvəqqəti köçmüş, əmlaklarını evə gətirmişdir. Bundan sonra oğlu X5 ilə Cavabdeh xasiyyəti uyğun gəlmədiyindən ayrılmışlar. Artıq uzun müddətdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evini tərk etmişdir. Lakin əmlaklarını özü ilə aparmamış, ona məxsus evi boşaltmamışdır. Qeyd edilən fərdi yaşayış evi onun və ailə üzvlərinin mülkiyyətindədir. Fərdi yaşayış evi isə təsərrüfatbaşına kitabda onun adına qeydiyyata alınmışdır. Buna görə də Cavabdeh məxsus yaşadığı fərdi yaşayış evində 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd stol, 6 ədəd stul, 2 ədəd bar, 1 ədəd kamot, 1 ədəd taxt, 1 ədəd şfaner, 1 ədəd termo, 3 ədəd xalça, 1 ədəd ət çəkən maşın, 2 ədəd qazan dəsti, 1 ədəd çörək bişirmə peçi, 1 ədəd balınc, 1 ədəd meyvə vazı, 2 ədəd çörək qabı, 1 ədəd şirniyyat boşqabı, 1 ədəd termos, 2 ədəd podnis, 6 ədəd bakal, 6 ədəd su bakalı, 6 ədəd çay stəkanı, 6 ədəd xörək boşqabı, 1 ədəd qəfədan, 1 ədəd vaz, 3 ədəd qənd qabı, 6 ədəd rumka, 1 ədəd çaynik, 2 ədəd əyaqlı qənd qabı, 1 ədəd tort mikseri, 1 ədəd su qrafinkəsi, 1 ədəd bagima vazı, 6 ədəd nəlbəki, 1 ədəd şüşə vazı, 1 ədəd kül qabı, 1 ədəd kanfet qabı, 1 ədəd tort qabı, 2 ədəd pişinti qabı, 6 ədəd maskura, 5 ədəd qaşıq, 6 ədəd tum qabı, 1 ədəd böyük güldan, 2 ədəd balıq qabı, 6 ədəd dövrə qab, 12 ədəd balaca boşqab, 1 ədəd stolüstü klyonka, 1 ədəd divar saatı, 2 ədəd pərdədən ibarət əmlakların Göyçay rayon Məlikkənd kəndində yerləşən ümumi sahəsi 56 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən fərdi yaşayış evindən cehiz əşyaları çıxaracaqdır. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Məlikkənd kənd inzibati ərazi nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Göyçay rayonu Məlikkənd kəndində 02 saylı təsərrüfatbaşına kitabın 106 saylı təsərrüfatında İddiaçı adına ümumi sahəsi 56 kv.m olan yerli materialdan 1960-cı ildə tikilmiş 02 otaqlı ev vardır. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 167 A, Kod 40810018 saylı şəhadətnamədən görünür ki, Göyçay rayon X1 xx xxxxx 1998-ci il tarixli 35 saylı qərarı ilə Göyçay rayonu Məlikkənd kəndində İddiaçı, X2, X3 və X4 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyətdən istifadə hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən ümumi sahəsi 56 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus Göyçay rayonu Məlikkənd kəndində yerləşən ümumi sahəsi 56 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd krem rəngli mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd stol, 6 ədəd stul, 2 ədəd bar, 1 ədəd kamot, 1 ədəd taxt, 1 ədəd şfaner, 1 ədəd termo, 3 ədəd xalça, 1 ədəd ət çəkən maşın, 2 ədəd qazan dəsti, 1 ədəd çörək bişirmə peçi, 1 ədəd balmc, 1 ədəd meyvə vazı, 2 ədəd çörək qabı, 1 ədəd şirniyyat boşqabı, 1 ədəd termus, 2 ədəd podnis, 6 ədəd bakal, 6 ədəd su bakalı, 6 ədəd çay stəkanı, 6 ədəd xörək boşqabı, 1 ədəd qəfədan, 1 ədəd vaz, 3 ədəd qənd qabı, 6 ədəd rumka, 1 ədəd çaynik, 2 ədəd əyaqlı qənd qabı, 1 ədəd tort mikseri, 1 ədəd su qrafinkəsi, 1 ədəd bagima vazı, 6 ədəd nəlbəki, 1 ədəd şüşə vazı, 1 ədəd kül qabı, 1 ədəd kanfet qabı, 1 ədəd tort qabı, 2 ədəd pişinti qabı, 6 ədəd maskura, 5 ədəd qaşıq, 6 ədəd tum qabı, 1 ədəd böyük güldan, 2 ədəd balıq qabı, 6 ədəd dövrə qab, 12 ədəd balaca boşqab, 1 ədəd stolüstü klyonka, 1 ədəd divar saatı, 2 ədəd pərdədən ibarət cehiz əmlaklar çıxarılsın. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar