Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-98/2023 20.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin və pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.000 manat məbləğində dəymiş ziyanın, alqı-satqı zamanı ödənilmiş 280.000 AZM pulun və ödənilmiş 136 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Tərəflər xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi zərərin və pulun ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-98/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-98/2023
20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver