Məhkəmə qərarları › İş №2(047)-160/2023

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-160/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-160/2023 13.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə rəsmi ərizəsini təqdim edərək izahatında göstərmişdir ki, o, Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda Cavabdeh ilə mübahisəni oz aralarında həll edərək razılaşmışlar. Odur ki, ərizəni baxılmamış saxlayaraq iddia ərizəsinə əlavə olunmuş sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə rəsmi ərizəsini təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı ona qarşı qızıl zinət əşyalarının və ya onların dəyərinin alınması, həmçinin pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin o, hal-hazırda İddiaçı ilə məsələni öz aralarında həll etmişdir. Odur ki, ərizənin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin rəsmi ərizələrini və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə mübahisəyə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən İddiaçı Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı cəmi 2390,10 manat dəyərində 11,50 qr çəkidə qızıl boyunbağı və 18,70 qr qızıl qolbağının və ya onların dəyərinin, həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, əmlakın qiymətləndirilməsinə ödənilmiş 61 manat və hüquqi yardıma görə ödənilmiş 20 manat xidmət haqqı tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar