Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-338/2024 13.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdeh kənd ərazisində və kənarda yaşayan şəxslərə faizlə sələm qaydasında pul verir. Əvvəllər də dəfələrlə Cavabdeh sələm qaydasında pul almış və faizi ilə birlikdə ödəmişdir. Cavabdeh ona pul verdikdə hər dəfə də girov kimi qızıl götürmüşdür. Bundan başqa o, Cavabdeh dəfələrlə pulu ödəməyən şəxslərin üzərinə müxtəlif cinayətkar insanları göndərdiyini və hədə-qorxu gəldiyini eşitmişdir. 2023-cü ilin iyul ayında onun maddi çətinlikləri yaranmış, buna görə də Cavabdeh pul almaq qərarına gəlmiş, həmin şəxslə danışmış, Mingəçevir şəhərinə gedərək mərkəzi poçtun yaxınlığında onunla görüşmüş və Cavabdeh ona 1000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh isə hər ay 1000 manat puldan çıxılmamaq şərti ilə ona 25 manat pul ödəniləcəyini, 1000 manat isə tam şəkildə birdəfəlik ödənildikdən sonra faizin dayandırılacığını söyləmiş və davamında isə girov kimi qızıl verməyini istəmişdir. O, əvvəllər də Cavabdeh eyni qaydada sələm aldığından hayat yoldaşı Günay Süleymanovaya maxsus bir ədəd 20 qramlıq sadə sep aparıb həmin qızılı Cavabdeh vermişdir. Cavabdeh isə həmin qızılı özü ilə gətirdiyi sellofana qoyaraq üzərinə onun adını yazmışdır. Bundan sonra isə o, 1000 manat pulu götürərək yaşadığı ünvana getmiş, lakin maddi ehtiyacları tam ödənilmədiyindən yenidən Cavabdeh pul almaq zərurəti yaranmışdır. O, yenidən Cavabdehla danışmış və xx.xx.2023-cü il tarixdə yaşadığı Şəki rayonu, Bolludərə kəndində onunla görüşərək Muxtara pul ehtiyacının olduğunu demiş və 1500 manat sələmə pul verməsini istəmişdir. Muxtar isə əvvəlki razılaşdığı formada ona 1500 manat pul vermiş və qarşılığında isə o, bir ədəd qızıl sepi, iki ədəd incə qızıl sepi, bir ədəd qızıl klonu, 4 ədəd sırğanı və 4 ədəd qızıl üzüyü Cavabdeh vermişdir. Cavabdeh qızılları götürərək yenidən sellofana qoymuş və üzərinə də onun adını yazmışdır. Bundan sonra isə o, 1500 manat pul üçün aylıq 40 manat ödəməyə başlamışdır. Hal-hazırda isə o, aldığı 2500 manat ümumi pulu ödəyərək qızıllarını geri almaq istəmiş, bu barədə də dəfələrlə Cavabdeh fikrini söyləmiş, lakin Cavabdeh yalandan keçmişdə ona qızıl verdiyini iddia edib pulunu götürməmiş və qızıllarını ona geri qaytarmamışdır. Həmçinin aldığı pulun faizini də tələb etmiş, dəfələrlə zəng edərək onu təhqir etmiş, hədə-qorxu gəlmiş, ailəsi barəsində nəlayiq sözlər işlətmişdir. Daha sonra bununla bağlı Şəki Rayon Polis Şöbəsinə müraciət etmiş, həmin şöbənin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş və ona mülki qaydada məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd etmək istəyir ki, qızılların Cavabdeh olmasını sübut edəcək şahidləri mövcuddur və şahidlərin bir qismi də cavabdehin yaxınlarıdır. Qeyd olunan qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir. Qızıl, briliyant qaşlı nişan komplekti 750 əyar, 16 qram, qiyməti 1800 manat, briliyant qaşlı nişan üzüyü 750 əyar, 8 qram, qiyməti 1000 manat, qızıl üzük-sırğa dəsti 14 qram, qiyməti 1120 manat, qızıl üzük 6 qram, qiyməti 480 manat, qızıl klon 2 qram, qiyməti 160 manat, qızıl boyunbağı 14 qram, qiyməti 1120 manat, 2 ədəd qızıl boyunbağı-biri 5 qram, biri isə 400 manat olmaqla cəmi qiyməti 800 manat, qızıl boyunbağı 20 qram, qiyməti 1600 manat, cəmi-8080 manat. Hal-hazırda da qeyd edilən qızıl-zinət əşyaları Cavabdehdır və cavabdeh həmin qızıl-zinət əşyalarının geri qaytarılmasından bu günədək imtina edir. Odur ki, adı çəkilən qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 8080 manat pulun, qızıl-zinət əşyalarının qiymətləndirilməsinə görə ödənilmiş 250 manat xidmət haqqının və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil da iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı 2016-cı ilin mart ayının 09-da 10 ədəd 69 qram qızıl-zinyət əşyalarını ona 2000 manata satmışdır. Ona görə də həmin qızıl-zinyət əşyalarını İddiaçı ondan geri almaq istəyir. O, heç vaxt İddiaçı sələmə pul verməmiş və İddiaçı onun haqqında dediklərinin hamısı şər böhtan xarakterlidir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının şifahi vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Cavabdeh həyat yoldaşı İddiaçı sələmə pul götürən vaxt o, 2 dəst qızıl sırğanı, 4 ədəd qızıl üzüyü, 2 ədəd nazik qızıl sepi, biri klonlu, 1 ədəd qızıl tros sepi həyat yoldaşı İddiaçı vermiş və İddiaçı da həmin qızılları Cavabdeh verərək 2023-cü il ərzində ondan əvvəcə 1000 manat sonra isə 1500 manat, cəmi 2500 manat pul götürmüşdür. Lakin o, qeyd edilən qızıl-zinət əşyalarının həyat yoldaşı İddiaçı tərəfindən Cavabdeh verdiyinin bilavasitə şahidi olmamış, qeyd etdiklərinin hamısını, yəni qızıl-zinət əşyalarının həyat yoldaşı İddiaçı tərəfindən Cavabdeh verdiyini o, iddiaçı həyat yoldaşı olan İddiaçı eşitmişdir. Bundan bir müddət sonra həyat yoldaşı İddiaçı sələmə götürdüyü pulu düzəldib cavabdehə geri qaytarmaq istəyən vaxt Cavabdeh həmin pulu götürməkdən və qeyd edilən qızıl-zinət əşyalarını geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçının şifahi vəsatətinə əsasən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı oğludur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, eşitdiyinə görə İddiaçı qızıl-zinət əşyalarını girov qoyaraq Cavabdeh sələmə pul götürmüş, lakin İddiaçı Cavabdeh sələmə nə qədər pul götürdüyünü və bunun müqabilində İddiaçı Cavabdeh nə qədər qızıl-zinət əşyalarını girov kimi qoyduğunu isə o, dəqiq bilmir. Amma onu bilir ki, Cavabdeh hamı sələmə pul verən şəxs kimi tanıyır. Bundan başqa İddiaçı tərəfindən Cavabdeh pulunun qaytarılıb-qaytarılmamsından da onun xəbəri yoxdur. Məhkəmə tərəflərin, iddiaçının nümayəndəsinin və eyni zamanda vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı iddia ərizəsinə əsasən tələb etdiyi qızıl-zinət əşyaları müvafiq qaydada "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində qeyd edilən qızıl-zinət əşyaları tələbi haqqında İddiaçı müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş diskə baxış keçirilməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı 10 ədəd say tərkibli 69 qram çəkidə qızıl-zinət əşyalarını Cavabdeh 2000 manata satmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin düzünə göstərişinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən «Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur». Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasının iştirakçısı və onu 15 aprel 2002-ci ildə ratifikasiya etmiş Dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı cəmi 8080 manat dəyərində olan qızıl-zinət əşyalarını Cavabdeh girov kimi təqdim edərək cavabdehdən ümumilikdə 2500 manat məbləğində pul aldığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə baxışı iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskə baxış keçirilməsindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda, müxtəlif məzmunlu danışıqlar olsa da həmin danışıqlar zamanı İddiaçı Cavabdeh iddia ərizəsinə əsasən tələb etdiyi qızıl-zinət əşyalarının çeşidi, qramı, sayı və s. barədə iddiaçı tərəfindən hər hansı bir məlumat verilməmiş, həmçinin cavabdeh tərəfindən də iddiaçının iddia ərizəsinə əsasən tələb etdiyi sayda və məbləğdə qızıl-zinət əşyaları alındığı da etiraf edilməmişdir. Bundan başqa mobil telefon vasitəsilə tərəflər arasında qeyd edilən danışıqların məzmunundan, məhz İddiaçı Cavabdeh nə qədər qızıl-zinət əşyalarını girov qoyması və bunun müqabilində iddiaçının cavabdehdən nə qədər məbləğdə pul almasını da müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçının şifahi vəsatətinə əsasən məhkəmə baxışı iclasında dindirilmiş şahidlərin ifadələrindən də, məhz İddiaçı Cavabdeh nə qədər qızıl-zinət əşyalarını girov qoyması və bunun müqabilində iddiaçının cavabdehdən nə qədər məbləğdə pul almasını da tam aydınlığı ilə müəyyən etmək mümkün deyildir. Belə ki, hər iki şahid də ifadəsində iddiaçının cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə verildiyini bilavasitə görmədiklərini, qeyd edilən qızıl-zinət əşyalarının girov qoyulmasını və bunun müqabilində iddiaçının cavabdehdən müəyyən məbləğdə pul vəsaitini almasını onlar başqa şəxslərdən eşitdiklərini, eyni zamanda şahidlərin hər ikisi iddiaçı ilə qohumluq münasibətlərində olduqlarını da bildirmişlər ki, buna görə də məhkəmə şahidlərin ifadələrini də mötəbər sübut kimi qəbul etmir. Həmçinin, Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən də İddiaçı Cavabdeh qeyd edilən qızıl-zinət əşyalarını girov kimi təqdim etməsi və buna görə də iddiaçının cavabdehdən müəyyən məbləğdə pul alması həmin qərarda da öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən də Cavabdeh İddiaçı qarşı hər hansı bir mülki huquq pozuntusu törətmədiyi, eyni zamanda sübut etmək yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq İddiaçı cəmi 8080 manat dəyərində olan qızıl-zinət əşyalarını Cavabdeh girov kimi təqdim edərək cavabdehdən ümumilikdə 2500 manat məbləğində pul aldığını sübut edə bilmədiyi də müəyyən olunur. Qeyd edilənlərə əsasən də məhkəmə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasına» dair iddia tələbinin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasına» dair iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 104 manat dövlət rüsumu və 250 manat xidmət haqqı isə iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasına» dair iddia tələbi əsassız olduğundan rədd edilsin. Ödənilmiş 104 (bir yüz dörd) manat dövlət rüsumu və 250 (iki yüz əlli) manat xidmət haqqı isə iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-338/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-338/2024
13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver