Məhkəmə qərarları › İş №2(047)-442/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-442/2023

23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-442/2023 23.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən məhkəmə baxışının gedişatında ona borclu olduğu 4000 (dörd min) manat puldan 1800 manatı ödənildiyindən Cavabdeh 2200 manat pulun və ödənilmiş dövlət rusumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Neməti təxminən 6-7 il bundan əvvəl Sumqayıt şəhəri Stansi Sumqayıt qəsəbəsində yerləşən dəmiryol polis bölməsində rəis işlədiyi vaxtlardan tanıyır. Bu ilin təxminən yay aylarında X1 qəsəbəsinə gələrək ondan 10 baş xırda buynuzlu beşi qoyun ve beşi quzu olmaqla heyvanın birini 170 manat olmaqla ümumilikdə 1700 manata almış ve onun etibarını qazanmışdır. Bundan sonra ona etibar edib inandığı üçün təxminən 2 ay yarım qabaq Nemətə zəng etmiş və ona 29 baş qoyunu olduğunu bildirərək həmin heyvanların qiymətini aralarında ümumilikdə 4000 manata razılaşmışlar. Bundan sonra o, maşın tutub heyvanları özü Sumqayıt şəhəri dəmiryol yük həyətinin yaxınlığında Nemətin heyvan alqısatqısı yerinə gətirmişdir. Orada Nemət heyvanlara baxmış və təxminən 15-20 gün sonra gəlib razılaşdıqları 4000 manat pulu götürməyini ona bildirmişdir. 20 gündən sonra Nemətə zəng etmiş, Nemət heyvanları Beyləqanda bir nəfərə satdığını və 1 həftəyə pulu gəlib götürməyini demiş, 1 həftə sonra təkrar ona zəng etmiş, Nemət yenə ondan 4-5 gün vaxt istəmiş, dediyi vaxt bitdikdən sonra Nemətin işlədiyi yerə gəlmiş, orada Nemət ona heyvanların yarısının özü kəsib satdığını və yarısını isə digər şəxsə satdığını deyib sentyabrın sonu pulu gəlib götürməyini bildirmişdir. Belə ki, sentyabrın sonu da Nemətin yanına gəlmiş və yenə eyni hal təkrar olunaraq Nemət yenə də ondan vaxt istəmişdir. Bundan sonra noyabr ayının əvvəllərində Nemət pulu göndərmək üçün ondan kart nömrəsi göndərməyini xahiş etmişdir. Daha sonra 4-5 nəfər tanımadığı şəxs xatırlamadığı mobil nömrədən ona zəng edərək heyvanların yarısının onda olduğunu və pulu xx.xx.2022-ci il tarixdə Nemətə verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Nemətə zəng etmiş, Nemət xx.xx.2022-ci il tarixdə pulu verəcəyini demiş və o, xx.xx.2022-ci il tarixdə Nemətə yenə də zəng etmiş, lakin Nemət telefonda ona pul verməyəcəyini, onun yanına getsə onu baltalayacağını deyib onu sözlə hədələmişdir. Sonra telefonu Yusif adlı şəxsə vermiş və Yusif telefonda ona qoyunların üstünden xətt çəkməyini və ona bir qəpik də verməyəcəklərini bildirmişdir. Bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək pulu tam ödəməkdən yayınmışdır. Lakin sonradan mülki işə məhkəmə baxışı gedişatı dövründə Cavabdeh ona borclu olduğu 4000 manat puldan 1800 manatını ödəmiş, cavabdehin ona hal-hazırda ona 2200 manat borcu qalmış və həmin borcu cavabdeh bu günə kimi ona qaytarmamışdır. Odur ki, Cavabdeh 2200 manat borc pulun və 60 (altmış) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı məxsus 4000 (dörd min) manat dəyərində xırda buynuzlu heyvanları almasını etiraf etmiş, lakin İddiaçı qeyd edilən pul tələbi mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Bundan əlavə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə iddiaçı cavabdehdən 4000 manat dəyərində xırda buynuzlu mal-qara almış, lakin həmin xırda buynuzlu mal-qaranın dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı cavabdehdən dəfələrlə qeyd edilən borc məbləğinin qaytarılmasını tələb etsə də cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan sonra mülki işə məhkəmə baxışı gedişatında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən məhkəmə baxışının gedişatında ona borclu olduğu 4000 (dörd min) manat puldan 1800 manatı ödənildiyindən Cavabdeh 2200 manat pulun və ödənilmiş dövlət rusumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Göstərilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh İddiaçı 2200 manat borcu qalmış və həmin borc məbləği hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 2200 manat borc pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 60 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Belə ki, məhkəmə bildirir ki, tərəflər arasında göstərilən mübahisənin əmələ gəlməsində təqsirli şəxs bilavasitə Cavabdehdur. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) manat borc pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat borc pul və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu, cəmi 2260 (iki min iki yüz altmış) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar