Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-460/2025 04.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun pulunu əldə etmək məqsədilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə onu “Bakı şəhəri Abadlıq İdarəsi”nə briqadir vəzifəsinə işə düzəlməyinə köməklik edəcəyini yalan vəd edərək onun aldadılmasına nail olmuşdur. Həmin vaxt o, işsiz olduğundan və işə ehtiyacı olduğundan cavabdehin sözlərinə inanmış və onunla razılaşmış, danışıqlarına uyğun oiaraq xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketdə quraşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat məbləğdə pulu cavabdehə göndərmiş, daha sonra cavabdehlə iş barəsində danışdıqda ilkin olaraq işlərin düzələcəyini bildirmiş, lakin sonrakı danışıqlarda cavabdeh müxtəlif bəhanələr gətirərək vəd etdiyi işi düzəltməkdən və pulu ona geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra o, məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmiş, Mingəçevir şəhər prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* № ilə xx.xx.2024-cü il tarixdə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün iş Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində cavabdeh ondan həqiqətən də 2000 manat məbləğində pulu aldığını etiraf etmişdir. O, müstəntiqin yanında olarkən cavabdeh aprel ayında pulun bir hissəsini, növbəti aylarda isə pulun qalan hissəsini qaytaracağına dair söz vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilərək cinayət işinin istintaqı yekunlaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh 800 manat məbləğində pul vəsaitini Mingəçevir ŞPŞ-nin istintaq bölməsinin polis mayoru X1 hesabına göndərmiş, sonuncu da həmin məbləği onun kartına göndərmişdir. Sonrakı aylarda o, cavahdehdən 1200 manat məbləğin ona geri qaytarılmasını tələb etsə də, yenidən cavabdeh müxtəlif bəhanələrlə onun pul vəsaitini geri qaytarmağı gecikdirmişdir. O, dəfələrlə Cavabdeh ona olan borcunun qaytarılması ilə bağlı müraciət etsə də o, hər dəfə borcunun qaytarılması ilə bağlı yalan vədlər verərək onu aldatmışdır. O, sonunda cavabdeh tərəfindən aldadıldığını başa düşmüş bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 1200 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə 32,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı 2000 manat pulu aldığını etiraf etmiş, lakin sonradan işləri alınmadığı üçün İlkindən aldığı pulu geri qaytara bilmədiyini və ödəmək imkanı olmadığını qeyd etmişdir. Sonradan cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbi ilə cinayət işinə xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı pulunu əldə etmək məqsədilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə iddiaçının işə düzəlməyinə köməklik edəcəyini yalan vəd vermiş və aralarında olan razılaşmaya uyğun olaraq iddiaçı xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketdə quraşdırılmış elektron ödəmə sistemi vasitəsi ilə 2000 (iki min) manat məbləğdə pulu cavabdehə göndərmişdir. Bu fakt, yəni Cavabdehnın İddiaçı 2000 manat borclu olması Mingəçevir ŞPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarda da öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının məhkəməyə verdiyi izahata əsasən cavabdeh tərəfindən qeyd edilən borcdan iddiaçıya 800 manat ödənilmiş və hal-hazırda cavabdehin iddiaçıya 1200 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı hesabına 1200 manat pul əldə edərək əsassız varlanmışdır. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ yaranır ki, iddiaçı da bu hüququndan istifadə edərək cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə Cavabdeh 1200 manat pulun alınıb İddiaçı verilməsini qanuni və əsaslı sayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32,40 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat pul və 32,40 (otuz iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul və 32,40 (otuz iki manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-460/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-460/2025
04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver