Məhkəmə qərarları › İş №2(047)-472/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-472/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-472/2025 01.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdehun iştirakları iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, «Kend Trade” MMC-nin satış nümayəndəsi vəzifəsində işləmiş və işi ilə bağlı daimi olaraq ”MTK İK“ MMC-yə gedib-gəlmişdir. O, Cavabdeh ”MTK İK“ MMC-də gözətçi işlədiyi dövrdə tanımış, Cavabdeh ilə aralarında insani münasibətlər yaranmış və daimi ünsiyyətdə olmuşlar. Bəzi vaxtlarda Cavabdeh maddi durumu yaxşı olmamış və ondan borc pul almış, aldığı borcu vaxtlıvaxtında qaytarmışdır. Dəfələrlə aralarında borc alıb-vermə kimi hallar olmuşdur. Cavabdeh Balakən rayonunda müştəriləri olduğunu, ondan çiyid istədiklərini bildirmiş və o da sonuncuya inanaraq ona 2022-ci ilin 14, 15, 17 və 19 dekabr tarixlərində ümumilikdə dəyəri 36454,60 manat məbləğində olan nisyə çiyid vermişdir. Lakin Cavabdeh apardığı çiyidlərin pulunu tələb etdikdə Cavabdeh həmin pulu geri qaytarmamışdır. Onun işi «Kend Trade” MMC-nin işlərinə nəzarət etmək, «Kend Trade” MMC ilə aparılan alqı-satqıya nəzarət etmək, lazımi malları göndərmək, qəbul etmək, bu kimi işləri aparmaqdan ibarət olmuşdur. Bərdə şəhərində ”MTK İK“ MMC yerləşən ərazidə özünün mağazası olmuşdur. Cavabdeh çiyidi «Kend Trade” MMC-dən deyil, ondan nisyə almışdır. «Kend Trade” MMC nisyə mal satışı ilə məşğul olmamışdır. O isə satış nümayəndəsi olaraq çiyidi «Kend Trade” MMC-dən nisyə götürüb Cavabdeh vermişdir. «Kend Trade” MMC-nin baş ofisi Gəncə şəhərində yerləşir, o isə Bərdə rayonunda satış nümayəndəsi kimi fəaliyyət göstərmiş və satış nümayəndəsi olaraq «Kend Trade” MMC-nin jmıx, çiyid və yem məhsullarının satışını təşkil etmişdir. Cavabdeh nisyə verdiyi çiyid "Kənd Trade” MMC şirkətinə məxsus olan çiyid idi. «Kend Trade” MMC ona MMC-nin satış nümayəndəsi olaraq etibar edirdi. O, vəzifə səlahiyyətlərinə uyğun olaraq «Kend Trade” MMC-nin məhsullarını götürüb satırdı və nisyə götürdüyü məhsulların pulunu həftəsonu MMC-yə ödəyirdi. «Kend Trade” MMC-dən nisyə aılıb verdiyi çiyidin pulunu Cavabdeh vaxtlı-vaxtında qaytarmadığından məcbur qalıb «Kend Trade” MMC-yə 36454 manat 60 qəpik məbləğində pulu "xxxx" ASC-nin Bərdə filialından kredit götürərək tam şəkildə o, ödəmiş, öz mənliyini və ləyaqətini qorumaq üçün, həmçinin cəmiyyətdə işlədiyindən və aralarında olan qarşılıqlı razılığa əsasən dəymiş ziyanı Cavabdeh ödəyəcəyi təqdridə həmin məbləği ona qaytaracaqdı. Ancaq ötən 2 il ərzində Cavabdeh bir manat da olsun pul ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-45/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməiini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və hökm qanuni qüvvəsini almışdır. Qeyd edilən hökmdə Cavabdeh «Kend Trade” MMC-yə 36454 manat 60 qəpik məbləğində ziyan vurduğu öz təsdiqini tapmışdır. Lakin qeyd edilən məbləğ onun tərəfindən «Kend Trade” MMC-yə ödənildiyindən o, həmin məbləği Cavabdeh tələb etsə də cavabdeh qeyd edilən məbləği indiyənə kimi ona ödəməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 36454,60 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. Belə ki, İddiaçı "Kend Trade” MMC-dən 2022-ci il tarixdə ümümilikdə 36454,60 manat dəyərində çiyid götürüb ona vermiş, hal-hazırda qeyd edilən məbləğdə ciyidin pulunu İddiaçı qaytara bilməmişdir. O, "Kend Trade” MMC-yə yuxarıda göstərilən məbləğdə, yəni 36454,60 manat borcunun olduğunu etiraf edir. Odur ki, qanunauyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən və portaldan çıxarışından görünür ki, Cavabdeh Laçın rayon Şəlvə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-45/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünün, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunlarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh ibtidai istintaq zamanı 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hokm qanuni qüvəyyə minənə kimi dəyişdirilmədən saxlanılması hökm edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmış və qeyd edilən hökmə əsasən Cavabdeh «Kend Trade” MMC-yə 36454 manat 60 qəpik məbləğində maddi ziyan vurduğu öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "Kend Trade” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "Kəend Trade” MMC-yə məxsus olan 98,14 ton çəkidə olan çiyid üçün 36454,60 manat pul İddiaçı tərəfindən "Kend Trade” MMC-yə ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Republikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Republikası Mülki Məcəlləsinin 431.2-ci maddəsinə görə kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Republikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 1(021)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh «Kend Trade” MMC-yə 36454 manat 60 qəpik məbləğində maddi ziyan vurduğu öz təsdiqini tapmışdır. Bundan sonra "Kend Trade” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən "Kend Trade” MMC-yə məxsus olan 98,14 ton çəkidə olan çiyid üçün 36454,60 manat pul İddiaçı tərəfindən "Kend Trade” MMC-yə ödənilmişdir. Göründüyü kimi, Azərbaycan Republikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bundan başqa Azərbaycan Republikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinin tələblərinə əsasən üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Hal-hazırkı halda da Cavabdeh «Kend Trade” MMC-yə olan 36454 manat 60 qəpik məbləğində borcunun İddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, bu halda da «Kend Trade” MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı keçmişdir. Belə olan halda da məhkəmə bildirir ki, İddiaçı Cavabdeh qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə tamamilə haqlı olmuşdur. Bundan sonra İddiaçı Cavabdehin «Kend Trade” MMC-nə olan və onun tərəfindən ödənilən 36454,60 manat məbləğində borcunu dəfələrlə tələb etsə də, lakin bu günədək qeyd edilən məbləğ Cavabdeh tərəfindən İddiaçı ödənilməmişdir. Bundan başqa Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində onun «Kend Trade” MMC-yə olan 36454 manat 60 qəpik məbləğində borcunun olduğunu da etiraf etmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 36454,60 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini tamamilə qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranan daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 36454,60 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 36454,60 (otuz altı min dörd yüz əlli dörd manat altmış qəpik) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar