Məhkəmə qərarları › İş №2(047)-59/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-59/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-59/2024 14.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 04 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində Bərdə rayon kolxoz bazarında Laçın rayon Qorçu kənd sakini Cavabdeh adlı şəxsdən 1(bir) baş erkək dananı 850 manata almış, lakin həmin günün səhərisi, yəni xx.xx.2023-cü il tarixdə dananın ot yemədiyini və su içmədiyini görüb xəstə olduğunu başa düşmüş, dərhal Cavabdeh mobil telefonuna zəng edib ona satdığı dananın xəstə olduğunu və malına sahib durub pulunun qaytarılmasını tələb etmiş, ancaq Cavabdeh gəlib dananını aparmadığından məcbur olub xx.xx.2023-cü il tarixdə saat 21-22 radələrində avtomobili ilə dananı aparıb Haqverdinin həyətinə düşürmüş, lakin bundan sonra da Cavabdeh onun pulunu verməmişdir. Dəfələrlə Cavabdeh zəng edib pulunu tələb etsə də hər dəfə bir bəhanə edib pulunu qaytarmamış, bu barədə sahə müvəkkilinə şikayət edilmiş, lakin bunun da nəticəsi olmamışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh dananı ona satmamışdan bir neçə gün əvvəl baytar həkim Səyyab adlı şəxs ona satılan dananı müayinə etmiş, ancaq cavabdeh bunları ondan gizlətmişdir. Beləliklə də ona xeyli miqdarda ziyan dəymişdir. Qeyd edilənlərini aşağıdakı şahidlər-X2 və X3 da təsdiq edə bilərlər. Bundan başqa o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə isə 70 (yetmiş) manat xidmət haqqı da ödəmişdir. Hal-hazırda da Cavabdeh ona borclu olduğu 850 manatı ödəməkdən imtina edir. Odur ki, Cavabdeh 850 manat pulun 70 (yetmiş) manat hüquqi yardım üçün vəkilə ödənilmiş pulun və 30 (otuz) manat dövlət rüsumunun qismində ödənilmiş pulun, cəmi 950 (doqquz yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun oğludur. Oğlu İddiaçı 04 sentyabr 2023-cü il tarixdə Bərdə rayon kolxoz bazarından Laçın rayon Qorçu kənd sakini Cavabdeh adlı şəxsdən bir baş erkək dananı 850 manata almış, lakin xx.xx.2023-cü il tarixdə dananın ot yemədiyini və su içmədiyini görüb xəstə olduğunu bilmişlər və ona görə də dərhal oğlu İddiaçı Cavabdeh mobil telefonuna zəng edib ona satdığı dananın xəstə olduğunu və malına sahib durub pulunun qaytarılmasını tələb etmişdir. Bundan sonra Cavabdeh gəlib dananı aparmadığından oğlu İddiaçı məcbur olub xx.xx.2023-cü il tarixdə saat 21-22 radələrində avtomobili ilə dananı aparıb Haqverdinin həyətinə düşürmüş, ancaq Cavabdeh 850 manat dananın pulunu hal-hazıradək İddiaçı geri qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, Bərdə rayon Ağalı kənd sakini İddiaçı olu ilə aralarında razılaşaraq özünə məxsus dananı xx.xx.2023-cü il tarixdə 850 manata ona satmış, lakin xx.xx.2023-cü il tarixdə makler ona zəng vurub bildirmişdir ki, dana xəstədir. O, isə maklerə bildirmişdir ki, onda İddiaçı dananı gətirsin, lakin Emin dananı gətirməyərək aparıb bazarları gəzdirib dananı xəstələndirmişdir. Emin sonradan dananı onun ünvanına gətirmiş və həmin dana xəstə olduğu üçün tövlədə olan mallara da xəstəlik salaraq onu ziyana salmışdır. O, xx.xx.2023-cü il tarixdə İddiaçı zəng vuraraq bildirmişdir ki, “dana ölür, xəstələndirib gətirmisən gəl danaya bax o, isə gəlməmişdir”. Bundan sonra o, zona həkimini çağırmış, dananı müalicə etdirmiş, lakin həkim ona bildirmişdir ki, müalicələrə baxmayaraq dana öləcək. Elə həmin gün də dana ölmüş və o, həkimin iştirakı ilə dananı basdırmışdır. Qeyd etdiklərinə əsasən də o, İddiaçı ona qarşı qaldırdığı iddia tələbini qəbul etmir. İş materiallarına əlavə edilmiş fərdi baytarlıq praktikasını həyata keçirən fiziki şəxs X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus bir baş ağ rəngli dana qan parazitor xəstəliyinin telleryoz növü ilə xəstələnmiş və ağırlaşmışdır. Baytar həkim tərəfindən baxış keçirilmiş və sağalması mümükün olmamışdır. Cəsəd baytar həkiminin iştirakı ilə basdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Bundan əlavə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı 04 sentyabr 2023-cü il tarixdə saat 18-19 radələrində Bərdə rayon kolxoz bazarında Laçın rayon Qorçu kənd sakini Cavabdeh 1(bir) baş erkək dananı 850 manata almış, lakin həmin günün səhərisi, yəni xx.xx.2023-cü il tarixdə dananın ot yemədiyini və su içmədiyini görüb xəstə olduğunu başa düşmüş, dərhal Cavabdeh telefonuna zəng edib ona satdığı dananın xəstə olduğunu, qeyd edilən bir baş erkək dananı geri alıb pulunun ona qaytarılmasını tələb etmiş, ancaq Cavabdeh həmin bir baş erkək dananı aparmadığından iddiaçı məcbur olub xx.xx.2023-cü il tarixdə saat 21-22 radələrində avtomobil ilə qeyd edilən bir baş erkək dananı Cavabdeh həyətinə aparmış, lakin bundan sonra da Cavabdeh onun pulunu geri qaytarmamışdır. İddiaçı dəfələrlə Cavabdeh pulunu tələb etsə də cavabdeh hər dəfə bir bəhanə edib pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa Cavabdeh İddiaçı 850 manata satdığı 1(bir) baş erkək dananın iddiaçı tərəfindən xəstələndirildiyini bildirib bu barədə müvafiq baytar həkiminin arayışını təqdim etsə də, həmin arayışda alqı-satqının predmeti olmuş 1(bir) baş erkək dananın, məhz İddiaçı saxlancında olduğu vaxt xəstələnməsinə dair hər hansı bir qeyd aşkar olunmamışdır. Əksinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 850 manata satdığı 1(bir) baş erkək dananın səhərisi günü, yəni xx.xx.2023-cü il tarixdə qeyd edilən dananın ot yemədiyini və su içmədiyini görüb xəstə olduğunu bildirməsi, həqiqətən də həmin dananın İddiaçı tərəfindən xəstələndirilmədiyini özündə ehtiva edir. Bundan əlavə həmin 1(bir) baş erkək dana iddiaçı tərəfindən cavabdehə qaytarıldıqdan sonra öldüyündən məhkəmə belə hesab edir ki, qeyd edilən 1(bir) baş erkək dananın dəyəri olan 850 manat pul da cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. İddiaçı hüquqi xidmətə görə çəkdiyi 70 manat xərci tələb etsə də bu barədə mötəbər sübutları, yəni qeyd edilən məbləğin iddiaçıya ödənilməsini təsdiq edə biləcək müvafiq rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu da iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə belə hesab edir ki, mübahisənin yaranmasında təqsirli şəxs Cavabdehdur. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 850 manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 880 (səkkiz yüz səksən) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar