Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-640/2023 24.07.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan YASAMAL RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇİSİNİN APARATİNİN MƏNZİL- KOMMUNAL TƏSƏRRÜFATİ BİRLİYİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1646118,55 manat, işsizlikdən sığorta fonduna 3603,4 manat, dövlət büdcəsinə 454649,24 manat məbləğində (o cümlədən, vergilər üzrə 164003,1 manat, faizlər üzrə 290366,14 manat, maliyyə sanksiyası üzrə 280 manat), İcbari Tibbi Sığorta Fonduna 34165,9 manat olmaqla, ümumilikdə 2138537,09 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********021600, xx.xx.2022-ci il tarixli **********243700, 05.01,2023-cü il tarixli **********908300 və xx.xx.2022-ci il tarixli **********241300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödeyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 454649,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1646118,55 manat, İşsizlikdən sığorta fonduna olan 3603,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 34165,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-17 avqust 1981 -ci il, doğulduğu yer - AZƏRBAYCAN, LAÇİN, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, ərizəçinin nümayəndəsi Orxan Qafarzadə məhkəməyə ərizə göndərərək məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirib ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri Yasamal RİHB-nın Aparatının Mənzil-X1 Dövlət Sosial Müdafiə Fonduna 1646118,55 manat, İşsizlikdən sığorta fonduna 3603,4 manat, dövlət büdcəsinə 454649,24 manat məbləğində (o cümlədən, vergilər üzrə 164003,1 manat, faizlər üzrə 290366,14 manat, maliyyə sanksiyası üzrə 280 manat), İcbari Tibbi Sığorta Fonduna 34165,9 manat olmaqla, ümumilikdə 2138537,09 manat borcu vardır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİHB-nın Aparatının Mənzil-X1 rəhbəri xx.xx.1981-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri Əzizbəyov küçəsi ev 85-də qeydiyyatda olan və hal-hazırda məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivi ev 12 mənzil 12-də yaşayan Maraqlı şəxsdur. İş materiallarından görünür ki, yaranmış borc məbləğinin ödənilməsi məqsədi ilə Bakı şəhəri Yasamal RİHB-nın Aparatının Mənzil-X2 xx.xx.2022-ci il tarixli **********021600, xx.xx.2022-ci il tarixli **********243700, 05.01,2023-cü il tarixli **********908300 və xx.xx.2022ci il tarixli **********241300 nömrəli bildirişlər göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, Dövlət Sosial Müdafiə Fonduna 1646118,55 manat, İşsizlikdən sığorta fonduna 3603,4 manat, dövlət büdcəsinə 454649,24 manat məbləğində (o cümlədən, vergilər üzrə 164003,1 manat, faizlər üzrə 290366,14 manat, maliyyə sanksiyası üzrə 280 manat), İcbari Tibbi Sığorta Fonduna 34165,9 manat olmaqla, ümumilikdə 2138537,09 manat borc Maraqlı şəxs tərəfindən ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Dövlət Sosial Müdafiə Fonduna 1646118,55 manat, İşsizlikdən sığorta fonduna 3603,4 manat, dövlət büdcəsinə 454649,24 manat məbləğində (o cümlədən, vergilər üzrə 164003,1 manat, faizlər üzrə 290366,14 manat, maliyyə sanksiyası üzrə 280 manat), İcbari Tibbi Sığorta Fonduna 34165,9 manat olmaqla, ümumilikdə 2138537,09 manat borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-7-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri xx.xx.1981-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri Əzizbəyov küçəsi ev 85-də qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respubliksı Şirvan Apellasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-640/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-640/2023
24.07.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver