Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-77/2024 29.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 7500 (yeddi min beş yüz) manat borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən və ona görə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 11 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 2 otaqlı evi almaq barədə alqı-satqı müqaviləsi bağlamış və ona ödəniş kimi 8.000 manat pul vermiş, həmin evi bacısı Məmmədova Sütudə (Rəna) Filman qızının pulu ilə və onun üçün almış, lakin on gün sonra bacısı Sütudə ilə evdə olarkən döşəmənin üstünə su çıxdığını gördüyündən sonra həmin evi almaqdan imtina etmiş, buna görə də o, verdiyi pulu qaytarmasını tələb etmiş, sonuncu pulu 26 iyun 2021-ci il tarixdə qaytaracağına söz versə də, lakin vədinə əməl etməmişdir. O, aldanıldığını zənn etdiyindən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, həmin idarədə şikayəti araşdırmış və sonda cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh ona 8000 manat borclu qaldığını etiraf etmişdir. Bundan sonra cavabdeh məhkəmə gedişatı dövründə həmin borcdan ona 500 manat ödəmiş, hal-hazırda cavabdehin ona 7500 manat borcu qalmışdır. O, dəfələrlə Cavabdeh ona olan borcunun qaytarılması ilə bağlı müraciət etsə də o, hər dəfə borcunun qaytarılması ilə bağlı yalan vədlər verərək onu aldatmışdır. O, sonunda cavabdeh tərəfindən aldadıldığını başa düşmüş bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 7500 (yeddi min beş yüz) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə Cavabdeh da məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, da məhkəmə iclasına gəlməmiş Cavabdeh məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh və İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan, HK-1-1350 nömrəli materialdan və xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı firmasında bağlanmış müqavilədən görünür ki, İddiaçı Cavabdeh ilə 11 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 2 otaqlı evi 14,500 manata almaq barədə razılaşmış və cavabdehə ödəniş kimi 8.000 manat pul vermişdir. Lakin tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 2 otaqlı evini İddiaçı 16000 manata satmağa razılaşmış, bunun müqabilində İddiaçı ilkin olaraq 8000 manat pul almış, sonradan İddiaçı evin alınmasından imtina etdiyindən qeyd edilən məbləğin geri qaytarılmasını ondan tələb etmiş və o, isə 8000 manat pulun İddiaçı qaytarılması üçün Pərvin Quliyevə vermişdir. Onun hal-hazırda İddiaçı heç bir borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə öz aralarında razılığa gələrək Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 2 otaqlı evi 14500 manata satmaq istədiyini iddiaçıya bildirmiş və iddiaçı da evə baxıb bəyəndikdən sonra qeyd edilən ev Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 8000 manat müqabilində İddiaçı təqdim edilmiş, lakin sonradan həmin evlə bağlı tərəflər arasında mübahisə yaranmış və nəticədə Cavabdeh İddiaçı 8000 manat borcu qalmışdır. Bu fakt, yəni Cavabdeh İddiaçı 8000 manat borclu olması Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərarda da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə araşdırmaları zamanı cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində də İddiaçı ilkin olaraq 8000 manat pul aldığını etiraf etmişdır. Lakin sonradan İddiaçı evin alınmasından imtina etdiyindən və qeyd edilən məbləğin geri qaytarılmasını Cavabdeh tələb etdiyindən cavabdeh 8000 manat pulun İddiaçı qaytarılması üçün Pərvin Quliyevə verdiyini və onun İddiaçı borcunun olmadığını həmin ərizəsində bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçının məhkəməyə verdiyi izahata əsasən cavabdeh tərəfindən qeyd edilən borcdan iddiaçıya 500 manat ödənilmiş və hal-hazırda cavabdehin iddiaçıya 7500 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 2 otaqlı evin üzərində sərəncam vermək səlahiyyəti olmadığından başqa şəxsin, yəni İddiaçı hesabına 7500 manat pul əldə edərək əsassız varlanmışdır. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ yaranır ki, iddiaçı da bu hüququndan istifadə edərək cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə Cavabdeh 7500 manat pulun alınıb İddiaçı verilməsini qanuni və əsaslı sayır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7500 manat pul alınıb İddiaçı verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması iddia ərizəsi ilə tələb edilmədiyindən qeyd edilən ödənilmiş dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat pul alınıb İddiaçı verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-77/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-77/2024
29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver