Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-809/2023 18.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc təlbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc təlbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin müddəalarına riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc təlbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi iddiaçı "xxxx" ASC-nin adından iştirak edən onun səlahiyyətli nümayəndəsi kimi göstərilən Vüqar Əhmədov tərəfindən Rövşən Əliyevin adına verilmiş etibarnaməyə əsasən Rövşən Əliyev tərəfindən imzalanmışdır. X1 adına verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 13-13/2-1/01- 305/2023 saylı etibarnamə isə kserosurət olmuş, yəni qeyd edilən etibarnamə səlahiyyəti olmadığı təqdirdə "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin möhürü ilə təsdiqlənmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin imperativ norma kimi qeyd edilən bu tələblərinə riayət edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc təlbinə dair iddia ərizəsinə əlavə edilmiş və Rövşən Əliyevin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 13-13/2-1/01- 305/2023 saylı etibarnamə kserosurət olduğundan, yəni qeyd edilən etibarnamə səlahiyyəti olmadığı təqdirdə "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin möhürü ilə təsdiqləndiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc təlbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd edilən çatışmazlıqları aradan qaldırdqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-809/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-809/2023
18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver