Məhkəmə qərarları › İş №2(047)-828/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-828/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-828/2023 12.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2013-cü il tarixli, AZBA-07582 saylı kredit xətti müqaviləsinə və xx.xx.2014-cü il tarixli SUMgl-5173-5581 saylı “Razılaşmaya” əsasən kreditor Cavabdeh illik 27% dərəcəsində, 15 ay müddətinə qaytarmaq şərti ilə 15000 (on beş min) manat kredit vermiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədilə "xxxx" BOKT MMC ilə İddiaçı və X3 arasında xx.xx.2013cü ildə AZBA-07582 saylı zaminlik müqaviləsi də bağlanmış, lakin əsas borclu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə kreditor "xxxx" BOKT MMC ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(060)-18701/2016 saylı məhkəmə əmri ilə Cavabdeh və zaminlərdən "xxxx" BOKT MMC-nin xeyrinə 7823,83 manat əsas borcun, 2282,59 manat faiz borcunun, 144,60 manat cərimə olmaqla cəmi 10251,08 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə əmr çıxarılmış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18701/2016 saylı məhkəmə əmrinin icra olunması məqsədilə icra sənədi əmək pensiyasından tutulması üçün Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış və onun əmək pensiyasından yuxarıda adı çəkilən məhkəmənin icra sənədinə əsasən 10271,08 manat borc pulun, 717,60 manat icra ödənişinin, cəmi 10988,60 manat pulun tutularaq "xxxx" BOKT MMC-nin hesabına köçürülmüşdür. Bunu DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli arayışı da təsdiq edir. Bundan sonra o, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən də Cavabdeh 10988,60 manat pulun və ödədiyi 123 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş kredit xətti müqaviləsindən, razılaşmadan və zaminlik müqaviləsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh, İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh illik faiz dərəcəsi 27% olmaqla 15 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı və Cavabdeh zamin durmuşlar. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-18701/2016 saylı əmrindən görünür ki, borclular Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 7823,83 manat əsas, 2282,59 manat faiz borcu, 144,66 manat cərimə borcu, cəmi 10251,08 manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə əmr çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı əmək pensiyasından "xxxx" BOKT MMC-nin hesabına 10271,08 manat və icra şöbəsinin hesabına isə 717,60 manat pul tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2013-cü il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2014-cü il tarixli “Razılaşmaya” əsasən kreditor Cavabdeh illik 27% dərəcəsində, 15 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı və X3 zamin durmuş, bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Lakin əsas borclu Cavabdeh tərəfindən qeyd edilən kredit məbləği ödənilmədiyindən "xxxx" BOKT MMC ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 31 oktyabr 2016-cı il tarixli, 2(060)- 18701/2016 saylı məhkəmə əmri ilə Cavabdeh, zaminlər İddiaçı və X1 "xxxx" BOKT MMCnin xeyrinə 7823,83 manat əsas borcun, 2282,59 manat faiz borcunun, 144,60 manat cərimə olmaqla cəmi 10251,08 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə əmr çıxarılmışdır. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18701/2016 saylı məhkəmə əmri icra olunması məqsədilə zamin İddiaçı əmək pensiyasından tutulması üçün Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış və iddiaçının əmək pensiyasından yuxarıda adı çəkilən məhkəmənin icra sənədinə əsasən 10271,08 manat borc pul, 717,60 manat icra ödənişi, cəmi 10988,60 manat pul tutularaq "xxxx" BOKT MMC-nin hesabına köçürülmüşdür. Bundan sonra İddiaçı dəfələrlə ödənilən həmin pul məbləğini əsas borclu olan Cavabdeh tələb etsə də cavabdeh qeyd edilən məbləği ona qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 10988,60 manat borc pulun tutularaq İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 123 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10988,60 manat borc pul və ödənilmiş 123 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10988,60 (on min doqquz yüz səksən səkkiz manat altmış qəpik) manat borc pul və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar