Məhkəmə qərarları › İş №2(047)-844/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-844/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-844/2024 10.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Mingəçevir şəhərində əşya bazarı deyilən yerdə paltar satışı ilə məğııl olur. Cavabdeh Soltan qızı 2022-ci ilin yaz və yay aylarında bazara gələrək özü üçün, eyni zamanda uşaqları və əri üçün ondan 678 manat dəyərində bir sıra geyim əşyaları alımış, lakin özünü ona Gülnarə kimi tanıtmışdır. Sonradan bilmişdir ki, onun adı Elnarədir. Hətta ona məlum olmuşdur ki, o, bazarda bir sıra şəxslərdən nisyə olaraq mal almış, lakin pulu ödəməkdən imtina etmişdir. Qeyd edir ki, Elnarə ona bir yerdə alver etdiyi bibisi Nəcibənin adını verdiyindən ona güvənərək nisyə mal vermiş, bununla bağlı borc dəftərində də bəzi qeydlər etmişdir. Həmin qeydlərin surətini ərizəyə əlavə etmişdir. Lakin dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən imtina etmiş, bu səbəbdən də o, Mingəçevir şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Mingəçevir Şəhər Polis Şöbəsində ərizəsinə baxıldıqdan sonra göstərilən xiisusatlara baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğundan ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin gündən bu günə kimi cavabdeh ona olan 678 manat borcunu ödəməmişdir. Beləliklə də hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu da könüllü olaraq ona qaytarmaq istəmir. Artıq cavabdeh tərəfindən aldanıldığını başa düşmüş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 678 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan, Cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinə verdiyi izahatının məzmunundan və İddiaçı tərəfindən aparılan müvafiq qeydlərdən görünür ki, Cavabdeh İddiaçı 678 manat dəyərində gündəlik geyim üçün paltar aldığını etiraf etmiş, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq həmin məbləği geri ödəmək imkanı olmadığını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan əlavə, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı 2022-ci ilin yaz və yay aylarında 678 manat dəyərində gündəlik geyim üçün paltar almış, bundan sonra qeyd edilən borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyindən iddiaçı bu barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş, lakin qeyd edilən məsələ mülki xarakterli olduğundan həmin şöbə tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bundan başqa qeyd edilən məktuba əlavə edilmiş Cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinə verdiyi izahatında da Cavabdeh İddiaçı 678 manat dəyərində gündəlik geyim üçün paltar aldığını etiraf etmiş, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq həmin məbləği geri ödəmək imkanı olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən pul məbləğinin ona ödənilməsini tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan həmin pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 678 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 678 (altı yüz yetmiş səkkiz) manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 678 (altı yüz yetmiş səkkiz) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar