Məhkəmə qərarları › İş №2(047)-865/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-865/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-865/2024 11.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakrı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun Yevlax rayonunda ferması var və Cavabdeh da ona məxsus olan fermada çoban işləyirdi və Cavabdeh da ordan tanıyırdı. Cavabdeh onu sanki ovsunlayaraq "xxxx" QSC-nin Bərdə filialından 55.000 (əlli beş min) manat məbləğində kredit götürərək ona məxsus olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 16 ha torpaq sahəsini girov qoymuşdur. Yəni onun özünə məxsus olan 16 ha torpaq sahəsini Cavabdeh 55.000 manata kreditinin təminatı kimi girov qoymuşdur. Bundan sonra Cavabdeh təxminən 16.000 manat civarında banka pul ödəmiş, həmin məbləğ də demək olar ki, faizlərə silinmiş, daha sonra Cavabdeh pulu ödəməkdən imtina etmiş, həmin bankın həm də onun çoxsaylı tələblərinə baxmayaraq Cavabdeh qalıq qalan pulu ödəməmişdir. Artıq elə bir vəziyyət yraranmışdır ki, bank torpaq sahəsini məhkəmə qaydasında satmaq qərarına gəlmişdir. Bu barədə ona dəfələrlə bank tərəfindən xəbərdarlıqlar edilmiş, o, da çox düşündükdən sonra özünə məxsus olan 9 ha və 3,80 ha torpaq sahələrini satmış və həmin satışlardan əldə etdiyi pulu, yəni 54.000 manatı "xxxx" QSC-nə ödəmişdir. Bundan sonra bank tərəfindən ona məxsus olan 16 ha torpaq sahəsi girovdan çıxarılmışdır. İddia ərizəsinə əlavə etdiyi 01 may 2024-cü il tarixli mədaxil qəbzindən də görünür ki, Cavabdeh borcunun əvəzi onun tərəfindən banka 54.000 (əlli dörd min) manat məbləğində pul ödənilmiş və "xxxx" QSC tərəfindən də bu barədə müvafiq arayış verilmişdir. Həmçinin o, dövlət rüsumunun əvəzi kimi 252 manat pul da ödəmişdir. Hazırda o, həmin pulları cavabdehdən tələb edir. Lakin o, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən də Cavabdeh 54000 manat pulun və ödədiyi 252 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, "xxxx" QSC ilə onun arasında bağlanmış kredit müqaviləsinə əsasən o, bankdan 55000 manat kredit götürmüş, bundan sonra İddiaçı adına olan torpaq sahəsini banka girov qoyaraq bankla zaminlik müqaviləsi bağlanmış, bununla da iddiaçı ona zamin durmuş, götürdüyü kreditdən 1000 manatını ödəmiş, maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da onun banka borcu yaranmış, həmin 54000 manat borcu zamini İddiaçı onun əvəzinə ödəmiş, onun hal-hazırda İddiaçı 54000 manat borcu qalmışdır. Ona görə də İddiaçı iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən və xx.xx.2022-ci il tarixli krеdit razılaşmasından görünür ki, Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 55000 (əlli beş min) manat məbləğində krеdit verilmişdir. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsindən və sazişdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı zamin durmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı məxsus olan Yevlax rayonu Quyunbinəsi kəndində yerləşən 16 ha torpaq sahəsi "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış, tərəflərin qarşılıqlı razılığına əsasən torpaq sahəsi 70000 manat məbləğində qiymətləndirilmiş və qeyd edilən ipoteka müqaviləsində "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin bütün vacib şərtləri öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin Bərdə filialının müdiri tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə müqavilə ilə özünə məxsus 16 ha torpaq sahəsini girov qoyaraq Cavabdeh bankdan götürdüyü 55000 manat məbləğində kreditə zamin durmuş, lakin Cavabdeh müqavilə şərtlərini pozmuş və kredit üzrə öhdəliyini yerinə yetirməmişdir. Müvafiq olaraq müqavilə ilə girov saxlayan qismində çıxış edən "xxxx" QSC-nin tələbi ilə girov qoyan və zamin İddiaçı girovda olan torpağını sataraq xx.xx.2024-cü ildə 54000 manatı banka ödəyərək krediti bağlamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29 maddəsinin 2-ci hissəsinə əsasən «Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur». Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli krеdit razılaşmasına əsasən Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 55000 (əlli beş min) manat məbləğində krеdit verilmişdir. Bundan sonra "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi və kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı zamin durmuş, daha sonra isə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı məxsus olan Yevlax rayonu Quyunbinəsi kəndində yerləşən 16 ha torpaq sahəsi "xxxx" QSC qarşısında ipoteka ilə də yüklü edilmişdir. Lakin Cavabdeh qeyd edilən müqavilə şərtlərini pozmuş və kredit üzrə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin müqavilə üzrə ipoteka saxlayan qismində çıxış edən "xxxx" QSC-nin tələbi ilə ipoteka qoyan və zamin, hal-hazırkı iş üzrə isə İddiaçı, xx.xx.2024cü il tarixdə Cavabdeh "xxxx" QSC-nə olan 54000 manat borcunu ödəyərək krediti bağlamışdır. Bundan sonra İddiaçı dəfələrlə ödənilən həmin pul məbləğini əsas borclu olan Cavabdeh tələb etsə də cavabdeh qeyd edilən məbləği ona qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı 54000 manat borcunun olduğunu etiraf edib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini də məhkəmədən xahiş etmişdir. Buna görə də məhkəmə, həmçinin belə hesab edir ki, iddiaçının iddia tələbinin cavabdeh tərəfindən qəbul edilməsi və bu barədə məhkəməyə müvafiq yazılı ərizəsini təqdim etməsi özü-özlüyündə məhkəmə tərəfindən göstərilən iddia tələbinin qeyd-şərtsiz qəbul edilməsi halını özündə ehtiva etməlidir. Qeyd olunanlara əsasən də məhkəmə bildirir ki, iddia tələbi təmin edilərək Cavabdeh 54000 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 252 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 54000 manat pul və ödənilmiş 252 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası, MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 54000 (əlli dörd min) manat pul və ödənilmiş 252 (iki yüz əlli iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar