Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-909/2024 18.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, cavabdehin oğlu X12 ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X3 adlı üç uşağı anadan olmuşdur. Nikahları xx.xx.2018-ci il tarixdə rəsmi pozulmuş, buna baxmayaraq cavabdeh üç az yaşlı övladı ilə birgə işləyib xərc çəkdiyi evdən onları çıxartmış, nə də çəkdiyi xərci verməmişdir. Belə ki, o, 2007-ci il tarixdən 2018-ci il tarixədək sözügedən evdə yaşamış, işləmiş və çalışmışdır. Bundan başqa övladı Nuraya ad günü keçirmiş, orada da evin əvvəlki fotoşəkli və sonrakı vaxtı öz əksini tapmışdır. Bununla da həyat yoldaşı ilə nikahda olan vaxt 28000 manat dəyərində evə xərc çəkmiş və bu xərcin çəkilməsində valideyinləri ona kömək etmişdir. Bununla da cavabdehdən 28000 manat pulun alınıb ona verilməsi zərurəti yaranmışdır. Qeyd edir ki, cavabdeh onu və sabiq həyat yoldaşını sözügedən evdən çıxarılmağına dair qətnamə qəbul etdirmiş və hazırda da cavabdehin oğlu, onun sabiq həyat yoldaşı sözügedən evdə yaşayır. Lakin evdən çıxan 3 övladı ilə odur. Bundan başqa qeyd edir ki, Bərdə rayonu Qaradağlı kəndində 3 otaqdan ibarət 96 kvadrat metr olan fərdi yaşayış evi 28000 manata mütəxəssis rəyi ilə də qiymətləndirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də sabiq həyat yoldaşı ilə birgə yaşayış dövründə tikdirdiyi evə çəkdiyi 28000 manat xərcin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, oğlu X12 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X3 adlı üç uşağı anadan olmuşdur. İddiaçı ilə oğlu X12 2007-ci il tarixdə ailə qurduqları vaxt 1998-ci il tarixdə Bərdə rayon Qaradağlı kəndində onun tərəfindən bacılarına tikdirdiyi evə gəlin köçmüş, 2012-ci il tarixə kimi həmin evdə yaşamış, həmin tarixdən sonra isə onun tərəfindən 2005-ci il tarixdə Bərdə rayonu, Qaradağlı Bələdiyyəsi tərəfindən ona verilmiş 0,08 ha torpaq sahəsinin üzərində özü üçün tikdirdiyi evə iddiaçı ailəsi ilə birlikdə köçmüş və iddiaçı ailəsi ilə birlikdə 2018-ci il tarixə kimi həmin evdə yaşamışdır. Lakin 2018-ci il tarixdə oğlu ilə iddiaçının nukahları pozulmuş, nikahları pozulduqdan sonra iddiaçı uşaqları ilə həmin evdə yaşamış, başqa biri ilə ailə quraraq həmin kişini evə gətirdiyi üçün onun evdən çıxarılması tələbi ilə bağlı o, Bərdə Rayon Məhkəməsinə müraciət edərək iddiaçını əmlakları ilə birlikdə mübahisələndirilən evdən çıxartdırmışdır. Bundan başqa bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi onun mülkiyyətindədir, mübahisə edilən evi isə o, özü 2005-ci il tarixdə inşa etdirmiş və həmin evin iddiaçıya və oğluna heç bir aidiyyəti də yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçi Kərimova (Həsənova) Vüsalə Həsən qızı ilə cavabdeh X13 arasında xx.xx.2007-ci il tarixdə Laçın rayon Qarıqışlaq kənd icra nümayəndəliyində 06 nömrəli qeydlə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X7, xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının, yəni anaları X8 yanında qalması, xx.xx.2018-ci il tarixdən başlayaraq X4 xx.xx.2010-cu il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 300 (üç yüz) manat alimentin tutularaq X8 xeyrinə ödənilməsi qət edilmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında bağlanmış nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun və Bərdə RİHB-nın Güloğulular kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il traixli 52 saylı arayışın məzmunlarından, həmçinin Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı protokolundan çıxarışdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı keçmiş qayınatası Laçın rayon Soyuqbulaq kəndində qeydiyyatda olan məcburi köçkün Həsənov X16 rayon Qaradağlı kəndində məskunlaşmışdır. O, Bərdə rayon Qaradağlı bələdiyyəsindən 0.08 ha torpaq sahəsi almışdır. Həmin 0.08 ha torpaq sahəsinin içində 2005-ci ildə ailəsinə və özünə məxsus mişar daşından ev tikmişdir. Həmin ev kürsülüdür, 3 otaqlıdır, ümumui sahəsi 100 kv.metrdir. Həmin 0.08 ha torpaq sahəsinin yan tərəfində digər ev 0.08 ha torpaq sahəsində yerləşməklə Cavabdeh Qəmbər oğlunun bacıları Laçın rayonundan məcburi köçkünlər X11 və X9rının dediyinə görə onlara məxsusdur və həmin torpağı yerli sakindən nəğd pula satın alaraq 1998-ci ildə ev tikdirmişlər. İkinci ev kürsülü 1 mərtəbəli, 3 otaqlıdır, ümumi sahəsi 120 km.metrdir və 0.08 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinin heç bir sənədi yoxdur və bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş yaşayış evinin qiymətləndirilməsi haqqında müvafiq mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi yaşayış evi 28000 manata “X18” MMC tərəfindən qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 152/2023 saylı qətnaməsindən, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1182/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia tələbinin təmin edilərək cavabdeh Kərimova (Həsənova) Vüsalə Həsən qızının “cehiz əmlakları”nın iddiaçı Cavabdeh Bərdə rayonu Qaradağlı kəndində yerləşən evindən çıxarılması və Cavabdeh isə Bərdə rayonu Qaradağlı kəndində yerləşən mübahisəli evə köçürülməsi qət edilmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin izahına görə qeyd edilən birinci bəndin birinci cümləsində yer alan və ümumi xarakter daşıyan birinci norma, yəni hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən dinc istifadə etmək hüququna malik olması, əmlakdan maneəsiz istifadə prinsipini təsbit edir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Subutlar qiymətləndirilərkən, bir qayda olaraqn, “subut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” pirinsipi rəhbər tutulur. Subut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, tərəflər arasında birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin alınması ilə bağlı mübahisə yaranmışdır. Belə ki, İddiaçı X12 ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X10 və xx.xx.2015-ci il tarixdə X3 adlı üç uşağı anadan olmuşdur. İddiaçı ilə X12 2007-ci il tarixdə ailə qurduqları vaxt 1998-ci il tarixdə Bərdə rayon Qaradağlı kəndində Cavabdeh tərəfindən bacılarına tikdirdiyi evə gəlin köçmüş və 2012-ci il tarixə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bundan sonra isə İddiaçı ilə X12 yenə də Cavabdeh tərəfindən 2005-ci il tarixdə Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarına əsasən cavabdehin mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsinin üzərində cavabdehin özü üçün tikdirdiyi evə birlikdə köçmüş və iddiaçı ailəsi ilə birlikdə 2018-ci il tarixə kimi həmin evdə yaşamışdır. Daha sonra 2018-ci il tarixdə İddiaçı ilə X6 nikahları pozulmuş, lakin nikah pozulduqdan sonra da iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamış və nəhayət Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 152/2023 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdeh Kərimova (Həsənova) Vüsalə Həsən qızının “cehiz əmlakları”nın iddiaçı Cavabdeh Bərdə rayonu Qaradağlı kəndində yerləşən evindən çıxarılması və Cavabdeh isə Bərdə rayonu Qaradağlı kəndində yerləşən mübahisəli evə köçürülməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Bərdə rayon Qaradağlı kəndində 0.08 ha torpaq sahələrinin üzərində 2005-ci il və 1998-ci il tarixlərdə tikilmiş fərdi yaşayış evləri Cavabdeh tərəfindən inşa edilmiş, qeyd edilən fərdi yaşayış evlərinin İddiaçı heç bir aidiyyəti olmamış, sadəcə olaraq İddiaçı cavabdehin oğlu X12 ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə 2023-cü il tarixədək mübahisələndirilən evdə yaşamış və həmin mübahisələndirilən fərdi yaşayış evinə İddiaçı tərəfindən hər hansı bir xərc də çəkilməmişdir. Çünki, İddiaçı məhkəmə baxışı zamanı mübahisələndirilən fərdi yaşayış evinə 28000 manat xərc çəkməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Yuxarıda göstərilən bu faktlar Bərdə rayonu, Qaradağlı Bələdiyyəsi, həmçinin Bərdə RİHB-nın Güloğulular kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş pul vəsaitinin alınması tələbinə dair iddiasının rədd edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli və İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş 28000 manat xərcin alınması tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əmlakın əldə edilməsinə sərf edilmiş 28000 (iyirmi səkkiz min) manat xərcin alınması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-909/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-909/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver