Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-998/2025 25.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun etibarından sui-istifadə edərək, ev satmaq məqsədilə 13000 (on üç min) manat məbləğində pulunu mənimsəmişdir. Beləki 2022-ci ilin dekabr ayında özünə məxsus mənzili sataraq həyət evi almaq qərarına gəlmiş, bunun üçün tik-tok saytında elanlara baxmış və Xırdalan şəhərində ev elanı xoşuna gəlmişdir. Həmin səhifədə qeyd olunan mobil nömrə ilə əlaqə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq adlı ərazidə Fuad, İlqar və Elçin adlı şəxslərlə görüşmüş, həmin şəxslər ona 2 mərtəbəli həyət evi göstərmiş və ev tam təmir olunduqdan sonra evə çıxarış alacaqlarını bildirmişlər. Həmin şəxslər baxdığı evi 58000 manata satdıqlarını ona bildirərək ilkin olaraq 20000 manat ödəniş lazım olduğunu ona demişlər. O, satdığı evin pulunu tam almadığı üçün ilkin olaraq 12000 manat pul verəcəyini onlara bildirmiş və Abşeron rayon Masazır qəsəbəsində yerləşən kafelərin birində İlqara ilkin olaraq 12000 manat pul vermiş, təxminən 4-5 gün sonra Abşeron rayon Masazır qəsəbəsində yerləşən Papaq adlı kafedə İlqara 8500 manat da bir pul vermişdir. İlqar 2023-cü ilin yanvar ayının sonlarında evin çıxarışının alacağını o, da həmin vaxtı evdən qalan pulu verəcəyi razılaşmışlar. Həmin vaxt tamam olduqda o, İlqarla əlaqə saxlamış, lakin İlqar müxtəlif bəhanələr gətirərək çıxarış ala bilmədiyini ona bildirmişdir. Bir neçə gündən sonra həmin evin onlara məxsus olmadığını bilmiş, bundan sonra o, İlqardan pulunu geri tələb etməyə başlamış, lakin verdiyi 20500 manat puldan 7500 manat pul hissə-hissə ona geri qaytarılmış və halhazırda cavabdehin ona 13000 manat borcu qalmışdır. Cavabdeh müxtəlif vətəndaşlara qarşı dələduzluq etmiş və onun barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi qaldırılmış, iş başa çatdıqdan sonra baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinərək 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bildirir ki, cavabdehin ona vurduğu maddi ziyan ödənilməmiş və onun tərəfindən sözükeçən cinayət işində qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia da verməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən mənimsənilmiş 13000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən də Cavabdeh 13000 manat dəymiş maddi zərərin və ödənilmiş 129 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iş üzrə Cavabdeh isə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası vasitəsilə məhkəmə bildirişi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər çatdırılsa da cavabdeh tərəfindən iddia ərizəsinə etirazı halhazırda məhkəməyə daxil olmamış, lakin cavabdeh ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(012)-167/2025 saylı hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-566/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmə aktlarına əsasən Cavabdeh İddiaçı 20500 manat maddi ziyan vurduğu öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Republikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(012)-167/2025 saylı hökmünə və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-566/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmə aktlarında Cavabdeh İddiaçı 20500 manat maddi ziyan vurduğu da öz təsdiqini tapmışdır. Lakin hal-hazıra kimi cavabdeh iddiaçıya vurduğu maddi ziyandan 7500 manat ödəniş etmiş və onun iddiaçıya cəmi 13000 manat borcu qalmışdır. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 13000 manat məbləğində maddi ziyanın Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 129 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13000 (on üç min) manat pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-998/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-998/2025
25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver