Məhkəmə qərarları › İş №2(048)-215/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-215/2024

20.02.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-215/2024 20.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X10 iştirakları ilə, Ərizəçi X3 doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Livədirqə ƏİN-də X13 barəsində aparılmış 07 dekabr 2007-ci il tarixli 03 saylı doğum akt qeydinə doğum tarixinin 07 dekabr 2007-ci il yazılmasının düzgün olmadığını və X8 07 yanvar 2006-cı il tarixdə doğulduğunun müəyyən edilməsi və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 07 dekabr 2007-ci əvəzinə 07 yanvar 2006-cı il yazılması, uşağın valideyinləri və doğulduğu yer doğum akt qeydində olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1983-cü tarixdə Lerik rayonunun Əvilə kəndində anadan olmuşdur. O, X17 ilə 2005-ci tarixdə el adəti ilə ailə həyatı qurmuşdur. O, Lerik rayonunun Əvilə kəndindən Niso Murya kəndinə gəlin köçmüş və hazırda həmin kəntdə ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2006-cı il tarixdə X13 adlı, 06 oktyarbr 2006-cı il tarixdə X20, 10 dekabr 2009-cu il tarixdə X21 və 21 mart 2013-cü il tarixdə X22 adlı uşaqları dünyaya gəlmişdir. İlk övladı X18 07 yanvar 2006-cı il tarixdə anadan olmasına baxmayaraq səhlənkarlıqdan qızı Əliyeva Aynuranın doğum tarixi 07 dekabr 2007ci il kimi qeyd olunub. Lakin qızı 07 yanvar 2006-cı ildə doğulub. Əvvəldən kasıb günlər keçirdiyindən nə savadı nə də ki, yaxın bir təhsilli qohumu olmayıb ki, ona başa salsın ki, ailə quran kimi rəsmi nikaha və uşaqlar doğulan kimi onlar üçün şəhadətnamə vaxtında götürsün. X2 07 yanvar 2006-cı il tarixdə ev şəraitində Lerik Rayon Niso Murya kəndində anadan olmuşdur. Lakin səhlənkarlığdan uşaq üçün şəhadətnamə götürərkən 07 dekabr 2007-ci il kimi qeyd olunmuşdur.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X19 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahat verərək bildirdi ki, Ərizəçi onun qardaşı arvadıdır.Həqiqətən də Aidə 07 yanvar 2006-cı il tarixdə ev şəraitində X11 dünyaya gətirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 Gülşən Bəhmən qızı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətində görünür ki, X8 doğum tarixi 07 dekabr 2007-ci il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli imtina məktubundan görünür ki,Lerik rayon Livədirqə kənd icra nümayəndəliyi tərəfindən qeyd edilmiş xx.xx.2008-ci il tarixli 03 saylı doğum akt qeydində uşağın doğum tarixinə düzəliş edilməsi barədə ərizənin qəbulundan və icrasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1983-cü il tarixdə Lerik rayonu Əvilə kəndində anadan olmuşdur.2005.-ci il tarixdə Nıso Murya kənd sakini X17 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Tərəflərin nikahlarından 4 övladı dünyaya gəlmişdir.Tərəflərin birgə nikahından ev şəraitində 07 yanvar 2006-cı il tarixli Aynurə adlı uşaqları doğulmuşdur.Lakin tərəflər uşaq üçün doğum haqqında şəhadətnamə götürərkən səhlənkarlıq ucbatından uşaqın doğum tarixini Livədirqə kənd icra nümayəndəliyində 07 dekabr 2007-ci il kimi qeyd etdirmişlər.Ərizəçi doğum tarixində yalnışlığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də ona imtina qərarı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hal-hazırda da ərizəçinin övladının doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv göstərilmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Ərizəçi doğum akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi və doğum qeydində doğum tarixinin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik rayon Livədirqə kənd icra nümayəndəliyində X14 barəsində aparılmış doğum akt qeydində doğum tarixinin 07 dekabr 2007-ci il yazılmasının düzgün olmadığı və X9 07 yanvar 2006-cı il tarixdə doğulduğu müəyyən edilməli və həmin qeydə düzəliş edilərək doğum tarixi 07 dekabr 2007-ci il əvəzinə 07 yanvar 2006-cı il kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X12 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum qeydində doğum tarixinin 07 dekabr 2007-ci il qeydinin düzgün olamdıqı müəyyən edilsin və həmin qeydə düzəliş edilərək doğum tarixi 07 dekabr 2007-ci il əvəzinə 07 yanvar 2006-cı il kimi qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar