Məhkəmə qərarları › İş №2(048)-224/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-224/2023

09.03.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-224/2023 09.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X3 iştirakları ilə Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 doğum aktb qeydində olan yalnışlığın aradan qaldırılması, onun doğum tarixnin Masallı RMX-nin verdiyi arayışa əsasən yəni 08 fevral 2004-cü il kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonu Tülü kəndində anadan olmuşdur.Hazırda Lerik rayonu Tülü kəndində yaşayır.Lerik rayon Conu kənd sakini X10 ilə qeyri rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından üç övladları doğulmuşdur.Böyük qızı X7 08 fevral 2004-cü il tarixində Masallı RMX-da dünyaya gəlməsinə baxmayaraq, qaynatası savadsız olduğu üçün doğum haqqında şəhadətnamə götürərkən doğum tarixi tibbi arayışda göstərildiyi kimi yox, səhvən 05 fevral 2006-cı il kimi qeyd etmişlər.Doğum akt qeydində olan səhvin düzəldilməsinə dair Qeydiyyat Şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X8 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, İlhamə onun bacısıdır. X1 08 fevral 2004-cü il tarixdə Masallı RMX-da doğulmuş və o, bacısının uşaqı doğulduğdan sonra 08 fevral 2004-cü il tarixdə Masallı RMXa onu ziyarətə də getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 doğum tarixi 05 fevral 2006-cı il qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Masallı Rayon Mərkəzi Xəstəxanasının PHŞ-i Viləş kənd sahə xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 21 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən də 08 fevral 2004-cü il tarixdə sağlam bir qız üşaqı dünyaya gətirmişdir.hal-hazırda həmin uşaq sağlamdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli 05/13- 12 saylı imtina qərarından görünür ki, uşağın doğum tarixinin düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin qızı X7 08 fevral 2004-cü il tarixdə MasallıRMX-da doğulmuşdur. Hal-hazırda Masallı rayonunda yaşayır. Lerik rayon Tülü-Conu kənd ƏİN-də onun barəsində aparılmış doğum qeydində doğum tarixi 08 fevral 2004-cü il əvəzinə düzgün olmayaraq doğum haqqında Şəhadətnaməsində olduğu kimi 05 fevral 2006-cı il yazılmışdır. O, əvvəllər uşaqının doğum qeydinə düzəliş edilməsi üçün heç bir orqana müraciət etməmişdir. Ərizəçi uşaqı barəsində Lerik rayon Tülü-Conu ƏİN-də aparılmış doğum qeydinə düzəliş edilərək həqiqi doğum tarixi 08 fevral 2004-cü il yazılmasını istəyir. Doğum qeydində düzəliş aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs müraciətini təmin etməyərək, bildirmişdir ki, doğum akt qeydində olan ziddiyyətlərin aradan qaldırılması Şöbənin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hal-hazırda da övladının doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv göstərilmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, ərizəçinin qızı X4 doğum akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik rayon tülü-Conu kənd ƏİN-də X7 barəsində aparılmış doğum akt qeydində doğum tarixinin 05 fevral 2006-cı il yazılmasının düzgün olmadığı və X7 nın 08 fevral 2004-cü il tarixdə doğulduğu müəyyən edilməli və həmin qeydə düzəliş edilərək doğum tarixi 05 fevral 2006-cı il əvəzinə 08 fevral 2004-cü il kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum qeydində doğum tarixinin 05 fevral 2006-cı il qeydinin düzgün olmaması müəyyən edilsin və həmin qeydə düzəliş edilərək doğum tarixi 08 fevral 2004-cü il kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar