Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-228/2024 26.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi X2, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X9 iştirakları ilə, Ərizəçi1 və Ərizəçi2 doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək 01 yanvar 2024-cü il təvəllüdlü X4 doğum akt qeydində olan yalnışdığın aradan qaldırılması, doğum tarixinin 01 yanvar 2024-cü il kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tələbini onunla əsaslandırmışdır ki, onlar Lerik rayon Orand kəndində anadan olmuşlaer. Hazırda Lerik rayon Orand kəndində yaşayırlar. Rəsmi nikahların 05 aprel 2023-cü il tarixində 23 sayla rəsmiləşdirməklə evlənmişlər. Rəsmi nikahlarından 01 yanvar 2024-cü il tarixində X7 adlı övladları dünyaya gəlmişdir.Azyaşlı üçün doğum haqqında şəhadətnamə götürərkən doğum tarixini səhvən 06 dekabr 2023-cü il kimi qeyd etdimişlər. Qeydiyyat şöbəsində övladı barəsində aparılmış doğum qeydində doğum tarixi səhv qeyd edilmişdir. Bunun nə səbəbdən belə yazıldığı onlara məlum deyil. Doğum akt qeydində olan səhvin düzəldilməsinə dair Qeydiyyat Şöbəsinə müraciət etmişlər, lakin bunun məhkəmə qaydasında həll olunmasını bildirmişlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişlər. Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X11 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi1 və Ərizəçi2 doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 doğum tarixi 06 dekabr 2023-cü il qeyd olunmuşdur. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçilərin oğlu Nadir 01 yanvar 2024-cü il tarixdə anadan olmuşdur.Ərizəçilərin uşaqı üçün doğum akt qeydi tərtib olunarkən doğum tarixi yalnışlıqla 06 dekabr 2023-cü il kimi qeyd olunmuşdur.Ərizəçilər bu barəd qeydiyyat orqanına müraciət etsələrdə ərizəçilərə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.Bu səbəbdən ərizəçilər məhkəməyə müraciət etmişlər. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, ərizəçiləri X4 doğum akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik Rayon Qeydiyyat X1 barəsində aparılmış doğum akt qeydində doğum tarixinin 06 dekabr 2023-cü il yazılmasının düzgün olmadığı və X4 01 yanvar 2024-cü il tarixdə doğulduğu müəyyən edilməli və həmin qeydə düzəliş edilərək doğum tarixi 06 dekabr 2023-cü il əvəzinə 01 yanvar 2024-cü il kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum qeydində doğum tarixinin 06 dekabr 2023-cü il qeydinin düzgün olmaması müəyyən edilsin və həmin qeydə düzəliş edilərək doğum tarixi 01 yanvar 2024-cü il kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-228/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-228/2024
26.02.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver