Məhkəmə qərarları › İş №2(048)-231/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-231/2024

27.02.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-231/2024 27.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X1 iştirakları ilə, Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24 mart 1956-cı il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində anadan olmuş Ərizəçi barəsində Maraqlı şəxs tərəfindən 25 may 1956-cı il tarixdə 128 sayla qeydə alınmış doğum haqqında akt qeydində vətəndaş qrafasında düzəliş edilərək, adı haqqında məlumat hissəsində X2 adının səhvən yazılmasının müəyyən edilməsi və adı qrafasında adının Ədalət yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur.Bu yaşına kimi bütün sənədləşmə işlərində heç bir çətinliyi olmamışdır. Lakin bu yaxınlarda ailəsində lazım olan sənədləşmə işi ilə əlaqədar bir təşkilata gedərkən onun doğum haqqında şəhadətnaməsi lazım olmuş o, qeydiyyat şöbəsinə gedəndən sonra məlum olmuşdur ki, onun adında texniki səhv olmuşdur. Belə ki, onun bütün sənədlərində Ərizəçi Sövzü oğlu yazılsada, qeydiyyat şöbəsindən verilən arayışda adı Adamat kimi göstərilmişdir.Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur və adı Ədalətdir. Amma doğum akt qeydində adı səhvən Adamat göstərilmişdir. Maraqlı şəxsnə müraciət etsədə, ona imtina qərarı verilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X3 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi adı Adamat kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən 17 yanvar 2024-cü il tarixdə 05xx/xx-2024 sayla imtina qərarı verilmişdir. İş materiallarına əlavə edilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki,ərizəçinin adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi 24 mart 1956-cı il tarixdə Lerik rayon Lerik qəsəbəində anadan olmuşdur. Ərizəçi üçün doğum haqqında şəhadətnamə götürmüşlər.Sonradan onlara məlum olmuşdur ki, onun doğum akt qeydində adı səhvən Adamat kimi qeyd olunmuşdur.Hal hazırda bu övladlarının sənədləşmə işlərində çətinlik yaratdığı üçün bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) ərizəçinin adı Adamat kimi yazılmasının düzgün olmaması müəyyən edilməli və həmin doğum akt qeydində düzəliş edilərək ərizəçinin adı Ədalət kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) ərizəçinin adı Adamat kimi yazılmasının düzgün olmaması müəyyən edilsin və həmin doğum akt qeydində düzəliş edilərək ərizəçinin adı Ədalət kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar