Məhkəmə qərarları › İş №2(048)-240/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-240/2024

29.02.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-240/2024 29.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X2 iştirakı ilə, Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnaməsində onun doğum tarixinin 21 may 1988-ci il kimi qeyd olunması və ata adının X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 21 may 1988-il tarixdə anadan olmuşdur. İki övladı var. Atasın vaxtsız itirdiyinə görə, elə bir savadlı adamı olmamışdır ki, ona hüquqlarını başa salsın. Həmişə onun bütün sənədləşmə işlərini atası gördüyü üçün sənədlərin dəqiqliyi ilə maraqlanmamışdır. Lakin, bu yaxınlarda ailəsində lazım olan sənədləşmə işi ilə əlaqədar bir təşkilata gedərkən məlum olmuşdur ki, onun doğum tarixində və ata adında texniki səhf olmuşdur. Onun doğum şəhadətnaməsində 21 may 1988-ci il tarixi göstərilsədə, şəxsiyyət vəsiqəndə xx xxxx 1988-ci il göstərilmiş və hər iki, doğum şəhadətnaməsində və şəxsiyyət vəsiqəndə ata adı (Təbəgül) olsada, Təbəkül kimi qeyd olunmuşdur. O, 21 may 1988-ci il tarixdə anadan olmuş və atasının adı Təbəgüldür. Lakin atasıX4nun şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində atasının adı Təbəgü kimi qeyd olunmuşdur. Maraqlı şəxsnə müraciət etsə də, ona imtina qərarı verilmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəməyə teleqramla müraciət edərək ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X5 məhkəmə iclasızamanı ərizəçinin ərizəsinin təmin olunmasına etirazı heç bir etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. İş materiallarına əlavə edilmiş AA******* № şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, ərizəçi ata adı Ərizəçi oğlu kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/13-1 nömrəli imtina qərarından görünür ki, ərizəçinin ərizəsinin qəbulundan imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş №345970 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, ərizəçinin məlumatlar qrafasında ata adı X1 qeyd olunmaqla 21 may 1988-ci il tarixdə doğulması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-№ 845221 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun adı ğlüm haqqında şəhadətnamədə Təbəgül kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsin dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 21 may 1988-il tarixdə anadan olmuşdur. Ərizəçi ailəsində lazım olan sənədləşmə işi ilə əlaqədar bir təşkilata gedərkən məlum olmuşdur ki, ərizəçinin doğum tarixində və ata adında texniki səhf olmuşdur. Ərizəçinin doğum şəhadətnaməsində ata adı Təbəgül doğum tarixi 21 may 1988-ci il kimi göstərilsədə, şəxsiyyət vəsiqəndə xx xxxx 1988-ci il göstərilməklə ata adıTəbəkül kimi qeyd olunmuşdur. Məhkəmə belə hesab edir ki, sənəddə düzəliş olunaraq ərizəçinin ata adı Təbəgül kimi doğum tarixi 21 may 1988-ci il kimi qeyd olunmalıdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Ərizəçi doğum və nikah akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi və ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçinin ata adı Təbəkül yazılması düzgün olmaması müəyyən edilməli və həmin doğum akt qeydndə düzəliş edilərək ərizəçinin ata adı Təbəgül kimi qeyd olunmaqla, 21 may 1988-ci il tarixdə anadan olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçinin ata adı Təbəkül yazılması düzgün olmaması müəyyən edilməsi və həmin doğum akt qeydində düzəliş edilərək ərizəçinin ata adı Təbəgül kimi qeyd olunmaqla, 21 may 1988-ci il tarixdə anadan olması faktı müəyyən olunsun. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağın adı «Arzu», soyadı «Cəfərova», atasının adı «Təbəgül», anasının adı «Rahilə», valideynləriatası X4, anası X3, doğulduğu tarix «21 may 1988-ci il», doğulduğu yer «Lerik rayonu Lerik qəsəbəsi», yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar