Məhkəmə qərarları › İş №2(048)-285/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-285/2023

19.04.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-285/2023 19.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X4 iştirakları ilə, Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Siyov ƏİN-də X11 barəsində aparılmış 05 noyabr 2007-ci il tarixli 21 saylı doğum akt qeydinə doğum tarixinin 03 oktyabr 2007-ci il yazılmasının düzgün olmadığını və X7 27 yanvar 2006-cı il tarixdə doğulduğunun müəyyən edilməsi və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 03 oktyabr 2007-ci il əvəzinə 27 yanvar 2006-cı il yazılması, uşağın valideyinləri və doğulduğu yer doğum akt qeydində olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Hovil kəndində 1975-ci ildə anadan olmuşdur. Hal-hazırda Lerik rayon Hovil kəndində qeydiyyatdadır. 2002-ci ildə Lerik rayon Siyov kənd sakini X3 ilə faktiki nikaha daxil olaraq ailə qurmşdur. Birgə nikahlarından 2004, 2006,2007 və 2012-ci illərdə uşağları doğulmuşdur. Nikahlarını rəsmi olaraq 14 oktyabr 2008-ci il tarixdə 13 saylı qeydlə Siyov kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Əvvəldən kasıb günlər keçirdiyindən nə savadı nə də ki, yaxın bir təhsilli qohumu olmayıb ki, ona başa salsın ki, ailə quran kimi rəsmi nikaha və uşaqlar doğulan kimi onlar üçün şəhadətnamə vaxtında götürüsün.X1 27 yanvar 2006-cı il tarixdə ev şəraitində Lerik Rayon Siyov kəndində anadan olmuşdur. Lakin səhlənkarlığından uşaq üçün şəhadətnamə götürməmişdir.Növbəti ilə yəni 2007-ci ildə digər övladı doğulduqda yəni 03 oktyabr 2007-ci il təvəllüdlü Mirəli Məmmədov adlı oğlu ilə birlikdə qızı Aydan üçündə doğum haqqında şəhadətnamə götürmüşdür. Şəhadətnamə götürərkən Ayadnın doğum tarixin doğulduğu vaxt kimi yəni 26 yanvar 2006-cı il yazılmasını desə də lakin doğum tarixin səhvən 03 oktybar 2007-ci il yazmışlar. Qızı barədə ƏİN-də aparılmış doğum qeydində düzəliş edilərək qızı Aydanın həqiqi doğulduğu tarixi, yəni 27 yanvar 2006-cı il yazılmasını istəyir. Doğum qeydində düzəliş aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş. Ancaq Maraqlı şəxs onun müraciətini təmin etməyərək, ona xx.xx.2023-cü il tarixli, məktubla bildirmişdir ki, doğum akt qeydində olan ziddiyyətlərin aradan qaldırılması Şöbənin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Belə olan halda isə göstərilən tarixlər arasında böyük bir fərq olmaqla yanaşı qızımın doğum tarixi doğum akt qeydində düzgün qeyd edilməmişdir. Hal-hazırda da onun doğum haqqında şəhadətnaməsində doğum tarixi səhf göstərilmişdir. Qızı Aydanın 27 yanvar 2006-cı ildə Lerik rayon Siyov kəndində ev şəraitində doğulmasını kəndindən olan şahidlər təsdiq edə bilərlər.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X9 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı edir.Ərizəçinin qızı Aydanın xx.xx.2006-cı il tarixdə doğulmasına dair heç bir sübut yoxdur.Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, Aydan onun qızıdır.O, Aydanı 27 yanvar 2006-cı il tarixdə ev şəraitində dünyaya gətirmişdir.Lakin savadsız olduğlarından qızı üçün doğulduğdan sonra deyil üçüncü övladları dünyaya gələndə doğum haqqında şəhadətnamə götürmüşlər.Həmin vaxtda Aydanın doğum tarixin 03 oktyabr 2007-ci il kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X2 Firəngiz Ağamir qızı ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətində görünür ki, , X11 03 oktyabr 2007-cı il kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli № 05/13-05 saylı imtina qərarından görünür ki Ərizəçi ərizəsinin qəbulundan imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında şahidlərin X7 27 yanvar 2006-cı il tarixdə doğulmasın bildirsələrdə məhkəmə blə hesab edir ki, şahidlər ərizəçinin yaxın qohumları olub ərizəçini müdafiə xarakter daşıdığından onların izahatı sübut növü kimi qəbul edilə bilməz. Digər tərəfdən də məhkəmə iclasında X7 doğum akt qeydində düzəliş edilməsinin ərizəçiyə hansı məqsəd üçün lazım olduğunu ərizəçi məhkəmə iclasında əsaslandıra bilmədi. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 1975-ci il tarixdə Lerik rayonu Hovil kəndində anadan olmuşdur.2002.-ci il tarixdə Siyov kənd sakini X3 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Niakharın 14 oktyabr 2008-ci il tarixdə 13 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 2004-cü, 2006-cı, 2007-ci və 2012-ci il tarixli dörd övladı doğulmuşdur. Nikahlarını rəsmiləşdirdikdən sonra ərizəçi qızı X11 üçün doğum haqqında şəhadətnamə götürərkən ərizəçinin qızının doğum tarix 03 oktyabr 2007-ci il kimi qeyd olunmuşdur.Məhkəmə belə hesab edir ki, ərizəçi doğum tarixinin 26 yanvar 2006-cı il kimi qeyd olunması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməməklə, Lerik rayon Siyov ƏİN-də X11 barəsində aparılmış 05 noyabr 2007-ci il tarixli 21 saylı doğum akt qeydinə doğum tarixinin 03 oktyabr 2007-ci il yazılmasının düzgün olmadığını və X7 27 yanvar 2006-cı il tarixdə doğulduğunun müəyyən edilməsi və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 03 oktyabr 2007-ci il əvəzinə 27 yanvar 2006-cı il yazılması, uşağın valideyinləri və doğulduğu yer doğum akt qeydində olduğu kimi saxlanılması barədə ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik rayon Siyov ƏİN-də X11 barəsində aparılmış 05 noyabr 2007-ci il tarixli 21 saylı doğum akt qeydinə doğum tarixinin 03 oktyabr 2007-ci il yazılmasının düzgün olmadığını və X7 27 yanvar 2006-cı il tarixdə doğulduğunun müəyyən edilməsi və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 03 oktyabr 2007-ci il əvəzinə 27 yanvar 2006-cı il yazılması, uşağın valideyinləri və doğulduğu yer doğum akt qeydində olduğu kimi saxlanılması barədə ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Atabəy Kiçibəyov Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar