Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-308/2023 11.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi rəisi Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi rəisi Nümayəndə Maraqlı şəxs qarşı ölüm qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi rəisi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Lerik RİH-nin Şingədulan ƏİN-i tərəfindən 20 may 1964-cü il tarixli 19 saylı tərtib edilmiş Maraqlı şəxs ölümü barədə qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmıdır ki, o, Lerik rayonunda anadan olmuşdur.Ali təhsillidir.Hal-hazırda Ərizəçi rəisi əvəzi vəzifəsində çalışır. 05 yanvar 2023-cü il tarixdə vətəndaş müraciəti əsasında, AZE ******** saylı şəxsiyyət vəsiqəsi ilə vətəndaş Maraqlı şəxs Ərizəçinə müraciət etmiş, aparılan yoxlama nəticəsində onun yəni Maraqlı şəxs ölümü barədə 20 may 1964-cü il tarixli 19 saylı ölüm qeydinin Lerik RİH Şingədulan ƏİN tərəfindən icra edildiyi aşkar edilmişdir. Ərizəçi Maraqlı şəxs xx.xx.1963-cü il tarixdə Lerik rayon Ağçay kəndində doğulmuşdur.20 dekabr 1983-cü il tarixdə X3 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından Asif, Faiq, Rasif və Nigar adlı dörd övladları doğulmuşdur. Vətəndaş ərizəçi Maraqlı şəxs yazılı sürətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Natariat baş idarəsi tərəfindən vətəndaş Maraqlı şəxs ölümü barədə 20 may 1964-cü il tarixli 19 saylı olüm qeydinin ləğv olunması bardə məhkəməyə müraciət etmək Ərizəçinə həvalə olunmuşdur. Ərizəçi rəisi Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ərizəçi rəisi Nümayəndə ölüm qeydinə düzəliş edilməsi tələbinə dair ərizənin təmin olunmasına etirazı olmadığını bildirərk ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə Ərizəçi rəisi X2 və Maraqlı şəxs izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, 04 fevral 2021-ci il tarixli ölüm akt qeydinin ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik RİH-nin Şingədulan ƏİN-i tərəfindən 20 may 1964-cü il tarixli 19 saylı tərtib edilmiş Maraqlı şəxs ölümü barədə qeydin ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İdda təmin edilsin. Lerik RİH-nin Şingədulan ƏİN-i tərəfindən 20 may 1964-cü il tarixldə 19 sayla tərtib edilmiş Maraqlı şəxs ölümü barədə akt qeydi ləğv edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında Maraqlı şəxs barəsində icra edilmiş olüm qeydinin ləğv edilməsi üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-308/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-308/2023
11.05.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver