Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-31/2025 09.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X5 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı X8 cavabdeh X5 qarşı “ı mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin iddiaçı və cavabdeh payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak X7 Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə (Seriya RX, № 0810352) sahəsi (olçusü, hektarla) 0.259914 olan torpaq sahəsi İddiaçı və X3 mülkiyyətindədir. Hazırda mübahisəli torpağın tərəflərin payına uyğun olaraq naturada bölgüsünə, bu mumkün olmadıqda, açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac var. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və qanuni nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.259914 ha paylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 və X3 adına xx.xx.2016-cı il tarixində **********61- 10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının:
1. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
2. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.
3. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
4. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
5. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
6. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
7. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
8. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
9. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
10. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
11. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Yəni ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmədə müəyyən edilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Hazırda tərəflər arasında mübahisə ümumi müllkiyyətdə olan daşınmaz əmlakdan iddiaçının (paylı mülkiyyətçinin) ona məxsus payın naturada ayrılmasını tələb etməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə ümumi mülkiyyətçinin ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması ilə bağlı müxtəlif hüquqi əsaslar nəzərdə tutulmuşdur. Hazırki tələbin qanuni əsasını isə bilavasitə Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Belə ki, həmin normanın tələbinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi məhkəmə qaydasında öz payının naturada ayrılmasını tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Qanunveriiciliyin tələbindən və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, hazırki tələbin qanuni həlli edilməsi üçün ilk növəbədə mübahisə predmeti olan daşınmaz əmlakın paylı mülkiyyətdə olub-olmaması və həmin əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, hazırki mübahisə predmeti olan daşınmaz əmlak iddiaçının və cavabdehin mülkiyyətindədir. xx.xx.2016-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəsi iddiaçı X2 və X3 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, iddiaçı X2 və cavabdeh X3 ünvan 1ində yerləşən 0.259914 ha torpaq sahəsinin paylı mülkiyyətçisi olması məhkəmə iclasında araşdırılan mümkün və mötəbər sübutlarla tam təsdiq olunur. Belə olan halda, yuxarıda qeyd olunan hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının paylı əmlakın mülkiyyətçisi olaraq ilk növbədə ümumi əşyadan öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır. Həmin əmlakın naturada bölünməsinin mükünlüyü ilə bağlı isə məhkəmə qeyd edir ki, bu halın müəyyənləşdirilməsi üçün məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və keçirilmiş ekspertizanın rəyinə əsasən, Tədqiqat ünvan 1i ünvanında yerləşən torpaq sahəsi üzrə aparılmışdır. Tədqiqat aparılması üçün torpaq sahəsinə baxış keçirilmiş və iş materiallarının məlumatlarından istifadə edilmişdir. Mülki iş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində ümumi sahəsi 93,9 kv.m fərdi yaşayış evi və 0,259914 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (fərdi yaşayış evi və torpaq sahəsi) və X3 (torpaq sahəsi) olmaqla adlarına qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2016-cı il tarixli Texniki Pasportdan görünür ki, torpaq sahəsinin üzərində "A" literli yaşayış evi, "B" tövlə tikilisi mövcud olmuşdur. Eyni zamanda texniki pasportdan görünür ki, torpaq sahəsi sənəd üzrə 0,259914 ha olsa da faktiki olaraq 0,46 ha təşkil edir. Baxış zamanı müəyyən olundu ki, torpaq sahəsinin plan üzrə yerləşməsi texniki pasporta uyğundur. Texniki pasportda qeyd olunan tikililər faktiki vəziyyətdə mövcud deyil və torpaq sahəsi faktiki vəziyyətdə 0,47 ha təşkil edir. Eyni zamanda baxış zamanı müəyyən oludu ki, texniki pasportda qeyd olunan ərazinin daxilində bir ədəd yeni yaşayış evi inşa edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,259914 ha torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir. Torpaq sahəsi üzrə: 1/2 hissə-100 kv.m (2.599,14kv.m.2- 1.299,57kv.m (0,129957ha)) Qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komit yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-ci tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,259914 ha torpaq sahəsinin faktiki vəziyyətdə texniki parametrlərinin (ölçül tikililər, plan üzrə yerləşmə və.s.) həmin torpaq sahəsinin texniki pasportda qeyd olunan bu plana uyğun olmasını, eyni zamanda torpaq sahəsinin bir istiqamətdən birbaşa yola çıxışın olmasını nəzərə alaraq həmin torpaq sahəsinin ½ hissə paya uyğun şəkildə naturada təc şəklində ayrılması texniki cəhətdən mümkündür Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 217. 1- maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 217. 2- maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217. 3- maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217. 4- ddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217. 5- maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217. 6- maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217. 7- maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəsi Lerik rayon Əvilə kəndində yerləşən 0,259914 ha paylı torpaq sahəsindən torpaq sahəsindən bir istiqamətdən birbaşa yola çıxmaqla iddiaçı X6 məxsus 1/2 hissə naturada ayrılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat cavabdeh X4 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia təmin edilsin. xx.xx.2016-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəsi Lerik rayon Əvilə kəndində yerləşən 0,259914 ha paylı torpaq sahəsindən bir istiqamətdən birbaşa yola çıxmaqla iddiaçı X6 məxsus 1/2 hissə naturada ayrılsın. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X4 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rövşən Xəlilov