Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-369/2024 13.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlışəxs Maraqlı şəxs rəisi vəzifələrini müvəqqəti icra edən X5 iştirakları ilə, İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktında aktının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən 26 mart 2022-ci il tarixdə anandan olmuş oğlunun doğum haqqında şəhadətnaməsində soyadının Hacizadə,adının Həsən və ata adının Akif kimi qeyd edilməsi və bu barədə qeydiyyat şöbəsində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələblərini onunla əsaslandırmışdır ki, o,xx xxxx 1981-ci il tarixdə Lerik rayon Lüləkəran kəndində anadan olmuş,hazırda Lerik rayon Lüləkəran kəndində yaşayır.Ailəli olmaqla dörd uşağı var.X2 adını yaşatmaq qərarına gəlmişdir.Övladı 26 mart 2022-ci il tarixdə anadan olmuş X1 atası adına uyğun yəni, Hacizadə kimi yazılmasını istəyir. Bununla bağlı Maraqlı şəxsnə müraciət edib,buna baxmayaraq qeydiyyat şöbəsi övladının soyadının dəyişdirilməsi ilə bağlı imtina edərək qeydiyyat şöbəsində soyadının dəyişdirilməsi ilə əlaqədar üzürlü səbəblər yəni tələffüs edilməsi və pis səslənməsi ahəngsizlik olmadığından ərizəsi təmin olunmamışdır.Atasının adını yaşatmaq və övladına soyadı kimi götürmək onun hüququ olduğundan və bu yalnız məhkəmə qaydasında həll edilməli olduğundan,ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrini müvəqqəti icra edən X9 məhkəmə iclası zamanı bildirdi ki, ərizəçinin təmin olunmasına heç bir etirazı yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına elavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki,Ərizəçi və X4 09 iyun 2009-cu il tarixdə Blaband kənd icra nümayəndəliyində 15 sayla nikaha daxil olmuşlar. İş materiallarına elavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki,X10 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarına elavə edilmiş AZE№******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Hacıbala oğlu xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarına elavə edilmiş AA2766715 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, Ərizə təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən olundu ki, hazırkı iş üzrə Ərizəçi oğlu X10 xx.xx.2022-ci il tarixdə Lənkəran anadan olmuşdur.Ərizəçi oğlu üçün doğum haqqında şəhadətnamə götürərkən övladını soyadını Ağazadə kimi qeyd etdirmişdir. Hazırda oğlunun soyadını Hacizadə kimi qeyd etdirmək istəsədə bu barədə Maraqlı şəxsnə müraciət etsə də ona imtina qərararı verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Vətəndaşlıq vəzyəti aktlarının qeydində dəyişiklik qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəzyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında qərar»ın tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmkənin qətnaməsi əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquq haqqında mübahisə olmadıqda edilmiş qeyddə dəyişiklik etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsində isə göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşayış yerinin məhkəməsinə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X7 aid xx.xx.2022-ci il tarixli 109 nömrəli doğum aktı qeydində Ağazadə soyadına düzəliş edilərək Hacızadə kim qeyd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-369/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-369/2024
13.05.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver