Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-38/2024 16.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Hakim köməkçisi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və üzərində tikilmiş evin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Lerik Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus 0.07 ha zəpt edilmiş torpaq sahəsinin azad edilməsi və üzərində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra tərəflər barışıq sazişi bağlamış və Lerik Rayon Məhkəməsinin 2(48)- 227/2010 saylı 22 dekabr 2010-cu il tarixli qərardadına(X5 Xasay oğlunun sədrliyi ilə) əsasən barışıq sazişi təsdiq edilmişdir. Lerik Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(048)-227/2023 saylı məktubundan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(48)-227/2010 saylı 22 dekabr 2010-cu il tarixli qərardadı icra olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 10 saylı Lənkəran Ərazi İdarəsi apelyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin 2(48)-227/2010 saylı 22 dekabr 2010-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(48)-227/2010 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1690/2023 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 2(48)-227/2010 saylı 22 dekabr 2010-cu il tarixli qərardadı ləşv edilmişdir. Qeyd olunan mülki iş mahiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda qeyd olunan mülki iş Lerik Rayon Məhkəməsində və 2(048)-38/2024 sayla qeydə alınmışdır. İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək 2(048)-38/2024 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü və 261.0.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.6-cı və 261.0.5ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Lerik Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus 0.07 ha zəpt edilmiş torpaq sahəsinin azad edilməsi və üzərində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(048)-38/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-38/2024
16.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver