Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-41/2024 01.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X5 iştirakı ilə, Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Maraqlı şəxs tərəfindən 15 aprel 1957-ci il tarixdə 75 sayla qeydə alınmış doğum haqqında akt qeydində vətəndaş qrafasındakı “soyadında” və “ata adında” və 17 sentyabr 1979-cu il tarixdə Maraqlı şəxsndə 27 sayla qeyd edilmiş nikah akt qeydində vətəndaş qrafasında Ərizəçi Murvət oğlunun “ata adında” düzəliş edilərək, vətəndaş qrafasındakı adı və soyadı haqqında məlumat hissəsində soyadının “Şıxəliev”, adının “Murvət” kimi səhvən yazılmasının müəyyən edilməsi və vətəndaş qrafasındakı ata adı haqqında məlumat hissəsində soyadının “Şıxəliev” əvəzinə “Şıxəliyev , ”adının “Murvət” əvəzinə “Mürüvvət” adının yazılması və atalıq faktının müəyyən barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Lerik Rayon Cəngəmiran kəndində anadan olmuşdur. Onun üçün doğum haqqında şəhadətnaməni götürərkən valideyinlərimin savadsızlığından ata adında uyğunsuzluqlarla ona doğum haqqında şəhadətnmə verilmişdir. Həmçinin nikah hqqında şəhadətnamədə də ata adı səhvən Murvət kimi yazılmışdır. Ancaq şəxsiyyət vəsiqəsi verilərkən ata adı düzgün olaraq “Mürüvvət” kimi qeyd edilmişdir. Bu hal isə onun Azərbaycan Respublikasının şəxsiyyəti vəsiqəsi əldə etməsinə maneəçiliklər törədir. Sənədlərimin düzəlməsi üçün o, doğum haqqında şəhadətnamənin dəyişdirlməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli 05/13-29 saylı imtina qərarı verilərək ərizənin qəbulundan imtina edsilmişdir. Doğum haqqında şəhadətnamədə və nikah ahqqında şəhadətnamədə ata adının, düzgün yazılmasını istəyir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X9 məhkəmə iclasızamanı ərizəçinin ərizəsinin təmin olunmasına etirazı heç bir etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 638 nömrəli arayışdan görünür ki, ərizəçinin ata adı X2 qeyd olunmaqla ata qrafasında heç bir məlumat qeyd olunmamışdır. İş materiallarına əlavə edilmiş İİ-322503 saylı nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçi haqqında məlumat qırafasında adı soyadı və ata adıƏrizəçi Murvət oğlu kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı adı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsin dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1957-ci il tarixdə Lerik Rayon Cəngəmiran kəndində anadan olmuşdur.Ərizəçinin valideyinləri ərizəçi üçün doğum haqqında şəhadətnamə götürərkən ərizəçinin soyadı Şıxəliev adı İlham ata adı isə Murvət kimi qeyd olunmaqla ərizəçinin ata qrafasında heç bir məlumat qeyd olynmamışdır.Ərizəçi X4 ilə nikaha daxil olarkən isə ərizəçi haqqında məlumat qrafasında ərizəçinin soyadı Şıxəliyev adı İlham ata adı isə Murvət kimi qeyd olunmuşdur. Məhkəmə belə hesab edir ki, hər iki sənəddə düzəliş olunaraq ərizəçinin soyadı Şıxəliyev adı İlham ata adı Mürüvvət kimi qeyd olunmaqla atalıq faktı müəyyən olunmalıdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Ərizəçi doğum və nikah akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi və ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçinin soyadı Şıxəliev adı İlham ata adı Murvət kimi yazılması düzgün olmaması müəyyən edilməli və həmin doğum və nikah akt qeydlərindəə düzəliş edilərək ərizəçinin soyadı Şıxəliyev adı İlham ata adı Mürüvvət kimi qeyd olunmaqla, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X1 xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) ərizəçinin soyadı Şıxəliev adı İlham ata adı Murvət kimi yazılmasının düzgün olmaması müəyyən edilmsi və həmin doğum və nikah akt qeydlərində düzəliş edilərək ərizəçinin soyadı Şıxəliyev adı İlham ata adı Mürüvvət kimi qeyd olunsun. xx.xx.1986-cı il tarixdə vəfat etmiş X1 xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağın adı «İlham», soyadı «Şıxəliyev», atasının adı «Mürüvvət», anasının adı «Qızvəs», valideynləri-atası X3, anası X7, doğulduğu tarix «xx.xx.1957-ci il», doğulduğu yer «Lerik rayonu Cəngəmiran kəndi», yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-41/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-41/2024
01.02.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver