Məhkəmə qərarları › İş №2(048)-539/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-539/2023

11.10.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-539/2023 11.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəis vəzifəsini icra edən X5 iştirakı ilə, Ərizəçi doğum akt qeydində düzəlişin aparılmasına dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik rayon Siyov ƏİN-də X6 barəsində aparılmış 05 noyabr 2007-ci il tarixli 21 saylı doğum akt qeydinə doğum tarixinin 03 oktyabr 2007-ci il yazılmasının düzgün olmadığını və X3 27 yanvar 2006-cı il tarixdə doğulduğunun müəyyən edilməsi və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 03 oktyabr 2007-ci il əvəzinə 27 yanvar 2006-c il yazılması, uşağın valideyinləri və doğulduğu yer doğum akt qeydində olduğu kimi saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Hovil kəndində 1973-ci ildə anadan olmuşdur. Hal-hazırda Lerik rayon Hovil kəndində qeydiyyatdadır. 2002-ci ildə Lerik rayon Siyov kənd sakini X7 ilə faktiki nikaha daxil olaraq ailə qurmişdur. Birgə nikahlarından 2004, 2006, 2007 və 2012-ci illərdə uşağları doğulmuşdur. Nikahlarını rəsmi olaraq 14 oktyabr 2008-ci il tarixdə 13 saylı qeydlə Siyov kand icra nümayəndəliyində rəsmiləşdirmişlər.Əvvəldən kasıb günlər keçirdiyidən nə savadı nə də ki, yaxın bir təhsilli qohumu olmayıb ki, ona başa salsın ki, ailə quran kimi rəsmi nikaha daxil olmuşlar və uşaqlar doğulan kimi onlar üçün şəhadətnamə vaxtında götürmüşlər. X1 27 yanvar 2006-c il tarixdə ev şəraitində Lerik Rayon Siyov kəndində anadan olmuşdur. Lakin səhlənkarlığından uşaq üçün şəhadətnamə götürməmişdir. Növbəti ilə yəni 2007-ci ildə digər övladı doğulduqda yəni 03 oktyabr 2007-ci il təvəllüdlü Mirəli Məmmədov adlı oğlu ilə birlikdə onun üçündə doğum haqqında şəhadətnamə götürmüşdür. Şəhadətnamə götürərkən Ayadnın doğum tarixin doğulduğu vaxt kimi yəni 26 yanvar 2006-cı il yazılmasını desə də lakin doğum tarixin 03 oktybar 2007-ci il digər uşaqla əkiz kimi yazmışdır.Qeyd edirəm ki, qızı barədə ƏİN-də aparılmış doğum qeydində düzəliş edilərək qızı Aydanın həqiqi doğulduğu tarixi, yəni 27 yanvar 2006-cı il yazılmasını istəyir. Doğum qeydində düzəliş aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs müraciətini təmin etməyərək, ona xx.xx.2023-cü il tarixli, məktubla bildirildi ki, doğum qeydində düzəliş aparılması üçün Qeydiyyat Şöbəsinə müraciət etməsinə baxmayaraq doğum akt qeydinda olan ziddiyyətlərin aradan qaldırılması Şöbənin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəis vəzifəsini icra edən X8 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətində görünür ki, , X3 doğum tarixi xx.xx.2007-ci il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3877 nömrəli ekspert rəyindən görünür ki, X3 müəyyən edilmiş sümük yaşı 17-18 ilə uyğun gəlir.X3 fiziki inkişaf göstəricilərini və sümük sistemində yaş dəyişikliklərini nəzərə alaraq demək olar ki, X3 2006-cı il tarixdə doğulması mümkündür. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi Lerik rayon Hovil kəndində 1973-ci ildə anadan olmuşdur.Ərizəçi 2002-ci ildə Lerik rayon Siyov kənd sakini X7 ilə faktiki nikaha daxil olaraq ailə qurmişdur.Tərəflərin birgə nikahından dörd övladı doğulmuşdur.Ərizəçinin övladı X6 27 yanvar 2006-c il tarixdə ev şəraitində Lerik Rayon Siyov kəndində anadan olmuşdur.Ərizəçi övladı üçün doğum haqqında şəhadətnamə götürərkən səhvən uşaqın doğum tarixi 03 oktyabr 2007-ci il kimi qeyd olunmuşdur.Ərizəçi doğum tarixində yalnışlığın aradan qaldırılması üçün Maraqlı şəxsnə müraciət etsə də ona imtina qərarı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Hal-hazırda da ərizəçinin övladının doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv göstərilmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Ərizəçinun qızının doğum akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik rayon Siyov ƏİN-də X6 barəsində aparılmış 05 noyabr 2007-ci il tarixli 21 saylı doğum akt qeydinə doğum tarixinin 03 oktyabr 2007-ci il yazılmasının düzgün olmadığını və X3 27 yanvar 2006-cı il tarixdə doğulduğu müəyyən edilməli və həmin qeyddə dəyişiklik edilərək doğum tarixinin 03 oktyabr 2007-ci il əvəzinə 27 yanvar 2006-c il yazılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) doğum qeydində doğum tarixinin 03 oktyabr 2007-ci il qeydinin düzgün olmaması müəyyən edilsin və həmin qeydə düzəliş edilərək doğum tarixi 27 yanvar 2006-cı il kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 oktyabr 2023-cu il № 2 (048)-539/2023 Ərizəçi (Lerik rayonu, Siyov kəndi) Surəti: Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 11 oktyabr 2023-cu il tarixli 2 (048)-539/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar