Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-602/2023 06.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəpt olunmuş həyatyanı torpaqının zəptdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadəsində olan həyatyanı sahədə yerləşən kanalizasiya anbarının yerinin dəyişdirilməsi, əvvəlki kanalizasiya anbarının doldurulması və ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Lerik rayonunun Hamarmeşə kəndində anadan olmuşdur. 08 may 1979-cu ilde Lerik rayonunun Hamarmeşə kənd sakini X4 ilə rəsmi nikah münasibətinə daxil olmaqla ailə hayatı qurmuşdur.O, X2 yaşadığ Hamarmeşə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından 5 övlaları olmuşdur. Övladlarının hər birinin öz təsərrüfatları vardır. X1 1992-ci ildə Hamarmeşə kəndində 1 mərtəbəli yaşayış evi inşa etdirmişdir. Həmin evdə övladları ilə birlikdə yaşamış, 1992-ci ilden yaşadığı evdə digər övladları təsərrüfatlarını ayırdıqdan sonra son dövrlərə qədər cavabdeh yəni oğlu Zaur onunla birlikdə yaşamışdır. Cavabdeh onun doğma oğlu olsa da, ailə münaqişəsi səbəindən və qanunsuz hərəkətlər edərək onu evdən çıxarmışdır. Bununla bağlı o, məcbur qalıb məhkəməyə müraciət etmiş, Lerik Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2 (048)-64/2023 saylı qətnaməsi ilə oun iddia tələbi təmin edilərək mərhum X1nun inşa etdiyi eve köçürülməyi təmin edilmişdir. Lakin Cavabdeh yay aylarında qazanc aldə etmək məqsədilə sözügedən mənzili kirayəyə vermişdir.O, hazırda oğlu X3 ilə yaşayır. Cavabdeh yaşadığı mənzillə onun hazırda yaşadığı mənzil eyni həyətdədir. Lakin onlar yaşadığı mənzillə Cavabdeh yaşadığı mənzili adi kiçik bir çəpər ayırır. Cavabdeh ona və digər oğlu Nazim Əhmədovla daima mübahisələr edir. Səbəbsiz yerə dəfələrlə onları polisə şikayət etmişdir. Bir neçə müddət bundan qabaq Cavabdeh yaşadığı mənzilin həyətində, onun yaşadığı evin tam yaxılığında kanalizasiya anbarı qazdırmışdır. Həyətin geniş olmasına baxmayaraq cavabdeh kanalizasiya anbarni çapərin tam kənarinda qazdırmışdır.Hazırki vaxtadək sözügedən kanalizasiya anbarının çirkab suları onun həyətinə axır və həmin mənzildə yaşamaq mümkünsüz olmuşdur. Kanalizasiya anbarının qazilma mərhələsində o, dəfələrlə ondan anbarn kənarda qazılmamasını xahiş etsə də, hətta kanalizasiyanın qazılmasına çəkilən xərclərin tərəfindan ödənilməsini təklif etsə de ocavabdeh bunu qəbul etməmişdir. Vəziyyət dözülmez hal aldığından o, məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfin göstərdikləri tamamilə əsassızdır. Belə ki, o, heç vaxt iddiaçıya məxsus həyətyanı sahədə anbar qazmamışdır. O, tualet üçün anbarı öz həyətində qazmış onun heç bir sızma təhlükəsi yoxdur.Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf anbarın onun həyətində qazılmasını sübut etməldir.Məhkəmədə təsdiq edilir ki, cavabdeh tualetin anbarın öz həyətində tikmiş onun heç bir sızma təhlükəsi yoxdur. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh istifadəsində olan həyatyanı sahədə yerləşən kanalizasiya anbarının yerinin dəyişdirilməsi, əvvəlki kanalizasiya anbarının doldurulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh istifadəsində olan həyatyanı sahədə yerləşən kanalizasiya anbarının yerinin dəyişdirilməsi, əvvəlki kanalizasiya anbarının doldurulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 06 noyabr 2023-ci il № 2 (048)-602/2023 İddiaçı (Lerik rayonu Hamarmeşə kəndi) Surəti: Cavabdeh (Lerik rayonu Hamarmeşə kəndi) Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-ci il tarixli 2(048)-602/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-602/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-602/2023
06.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver