Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-670/2024 19.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs kimi göstərildiyi) akt qeydində yanlışlığın aradan qaldırılması barədə ərizələrinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs kimi göstərildiyi) akt qeydində yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları X1 doğum akt qeydində olan yalnışlığın aradan qaldırılması, onun doğum tarixinin Bakı şəhəri 5 saylı UYXX-nin verdiyi arayışa əsasən yəni xx.xx.2015-ci il kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hazırda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə qeydiyyat şöbəsinə müraciət etmək zərurti yarandığından ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilər ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiklərindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, ərizəçilər ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiklərindən, ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ərizəçilərə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs kimi göstərildiyi) akt qeydində yanlışlığın aradan qaldırılması barədə ərizələri və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ərizəçilər tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, **********04 saylı qəbz) onlara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-670/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-670/2024
19.07.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver