Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-726/2023 26.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisinin vəzivələrin icra edən X11 iştirakları ilə Ərizəçi hüquqmüəyyənedici faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 29675 saylı nikah akt qeydində mərhum həyat yoldaşı X8 ata adının yalnışlıqla “Qudad“ yazılması və həmin nikah akt qeydində mərhumun ata adının “Qubad“ olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1943-cü ildə Lerik rayon Zenonu kəndində doğulmuşdur.12 dekabr 1983-cü il tarixdə ərim X12 ile 296875 saylı nikah qeydinə əsasən nikaha daxil olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nikah qeydində mərhum ərinin ad, soyad, ata adı səhvən X4 qeyd olunmuşdur. X2 olmalıdır.Maraqlı şəxsnə bununla bağlı müraciət etsədə, Qeydiyat şöbəsinin 05/13-22 saylı qərarına əsasən ərizənin qəbulundan imtina edilmiş, nikah qeydinin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Belə ki, nikah qeydində olunan yanlışlıqlar hal-hazırda ona çətinliklər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qamışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X15 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi nikah qeydində olan yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Həqiqətəndə Xanım 1983-cü il tarixdə mərhum əri Məcidlə ailə həyatı qurmuşdur.Məcidin ata adı həqiqətəndə Qubaddır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 Firdovsi Xanhüseyn oğlu ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 yanvar 1931-ci il tarixdə anadan olmuş X8 ata adı Qubad kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ata adı Qudad kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 1943-cü ildə Lerik rayon Zenonu kəndində doğulmuşdu.12 dekabr 1983-cü il tarixdə X6 ile 296875 saylı nikah qeydinə əsasən nikaha daxil olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nikah qeydində mərhum ərinin ad, soyad, ata adı səhvən X4 qeyd olunmuşdur. Ərizəçinin X6 olmalıdır.Ərizəçi Maraqlı şəxsnə bununla bağlı müraciət etsədə, Qeydiyat şöbəsinin 05/13-22 saylı qərarına əsasən ərizənin qəbulundan imtina edilmiş, nikah qeydinin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Belə ki, nikah qeydində olunan yanlışlıqlar hal-hazırda ərizəçiyə çətinliklər yaradır nikah qeydində düzəliş aparılması üçün Qeydiyyat Şöbəsinə müraciət etməyinə baxmayaraq nikah akt qeydində olan ziddiyyətlərin aradan qaldırılması Şöbənin səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X6nun nikah akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsi və nikah qeydində ərizəçinin ərinin ata adının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik rayon Livədirqə kənd sovetində Yəhyayev aparılmış 12 dekabr 1983-cü il tarixli 20 saylı nikah akt qeydinə X9 ata adının “Qudad olması düzgün olmadığı və X8 ata adının “Qubad doğulduğu müəyyən edilməli və həmin nikah akt qeydinə qeydə düzəliş edilərək X8 ata adının “Qubad kimi qeyd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik rayon Livədirqə kənd sovetində Yəhyayev aparılmış 12 dekabr 1983-cü il tarixli 20 saylı nikah akt qeydinə X9 ata adının “Qudad olması düzgün olmadığı və X8 ata adının “Qubad doğulduğu müəyyən edilsin və həmin nikah akt qeydinə qeydə düzəliş edilərək X8 ata adının “Qubad kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 26 oktyabr 2023-cü il № 2 (048)-726/2023 Ərizəçi (Lerik rayonu, Zenonu kəndi) Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2 (048)-726/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-726/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-726/2023
26.10.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver