Məhkəmə qərarları › İş №2(048)-806/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-806/2023

14.11.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-806/2023 14.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifəsini icra edən X13 iştirakları ilə Ərizəçi Maraqlı şəxs tərəfindən tərtib edilmiş 24 dekabr 2015-ci il tarixli 218 sayl atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi barədə ərizəsinə dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən tərtib edilmiş 24 dekabr 2015-ci il tarixli 218 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayon Muriya kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayır.Onun müraciəti əsasında, oğlu 24 iyul 1992-ci il təvəlüdlü X15 barəsində 24 dekabr 2015-ci il tarixli 218 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydi icra olunmuşdur.Bu müraciət əsasında oğlu 24 iyul 1992-ci il təvəlüdlü X1 dəyişdirilərək əri X3 yeni X8 qeyd edilmişdir.Hazırda oğlu 24 iyul 1992-ci il təvəlüdlü X12 atestatı, hərbi bileti və digər bütün sənədlərində soyadı Şahpələngov kimi qeyd olduğundan ona böyük problemlər yaratmışdır.Buna görə də oğlu 24 iyul 1992-ci il təvəlüdlü X10 barəsində 24 dekabr 2015ci il tarixli 218 saylı atalığın müyyəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi zəruriəti yaranmışdır.Bu barədə Maraqlı şəxsnə müraciət etse de bunun məhkəmə qaydasında həll olunması tövsiyyə olunmuşdur.Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifəsini icra edən X17 məhkəmə iclası zamanı bildirdi ki, Ərizəçi doğum qeydində adında dəyişiklik edilməsinə dair ərizəsinin qanunamüvafiq baxılmasına etirazı yoxdur. Odur ki, məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci ildə anadan olunmuş X4 Cəbiyev kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Orta təhsil haqqında atestatın sürətindən görünür ki, 1992ci ildə anadan olmuş X4 Şahpələngov kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti başçısının Livədirqə kənd ƏİN-də nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli arayışdan görünür ki, 24 iyul 1992-ci il təvəlüdlü X4 Şahpələngov kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş hərbi biletin sürətindən görünür ki, 24 iyul 1992-ci il təvəlüdlü X4 Şahpələngov kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı madəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayır.ərizəçinin müraciəti əsasında, oğlu 24 iyul 1992-ci il təvəlüdlü X15 barəsində 24 dekabr 2015-ci il tarixli 218 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydi icra olunmuşdur.Ərizəçinin oğlunun soyadı dəyişdirilərək əri X2 X8 qeyd edilmişdir.Ərizəçinin oğlunun X12 atestatı, hərbi bileti və digər bütün sənədlərində soyadı Şahpələngov qeyd olduğundan ərizəçinin oğluna böyük problemlər yaratmışdır.Buna görə də 24 iyul 1992-ci il təvəlüdlü X10 barəsində 24 dekabr 2015-ci il tarixli 218 saylı atalığın müyyəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi zəruriəti yaranmışdır.Bu barədə Maraqlı şəxsnə müraciət etse de bunun məhkəmə qaydasında həll olunması tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Ərizəçi atalıq akt qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciəti hər-hansı bir məsuliyyətdən yayınmaq məqsədi daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, Lerik rayon Qeydiyyat X5 barəsində aparılmış atalıq akt qeydi ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X14 məxsus vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) Maraqlı şəxs tərəfindən tərtib edilmiş 24 dekabr 2015-ci il tarixli 218 saylı atalıq akt qeydi ləğv edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 14 noyabr 2023-cu il № 2 (048)-806/2023 Ərizəçi (Lerik rayonu Murya kəndi) Surəti: Maraqlı şəxsnə (Lerik şəhəri, Nizami küçəsi 2 ) Lerik Rayon Məhkəməsinin 14 noyabr 2023-cu il tarixli 2(048)-806/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar