Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-934/2025 06.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın odənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın odənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15490 (on beş min dörd yüz doxsan) manat maddi ziyan, 1069 (min altmış doqquz) manat əldən çıxmış fayda, mənəvi ziyan olaraq hal-hazıra kimi bu işlə bağlı keçirdiyi streslərlə və davam edən kredit ödənişləri ilə əlaqədar 4000 (dörd min) manat məbləğində mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 152 (yüz əlli iki) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh dərman şirkətində birlikdə işləmişlər. Onun cababdehlə tanışlığı birlikdə işlədikləri zaman başlamışdır. Cavabdeh onu anasının ağır onkoloji xəstə olması ilə aldadıb inandıraraq anasının ağır və bahalı dərmanlara ehtiyacı olduğunu bildirərək ondan anasının ağır müalicələrinə və bahalı dərmanlarına maddi köməklik etməsinə hər dəfə xahiş etmişdir. Cavabdeh maddi vəziyyəti çox ağır olduğundan ağır xəstə anasına bahalı dərmanlar almağa, anasını müalicə etdirməyə heç bir imkanı olmadığına, maddi vəziyyətinin cox ağır və çətinliklər içərisində olması ilə onu inandıraraq ona maddi ziyan vurmuşdur. O, özünə məxsus Azərbaycan Beynəlxalq Bankından olan 4127-2044-4815-2494 kart hesabından Cavabdeh məxsus Azərbaycan Beynəlxalq Bankında olan 4127-2093-0305-5658 kart hesabına 03 aprel 2024-cü il tarixdə 1100 (min yüz) manat, 05 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1100 (min yüz) manat, 10 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1000 (min) manat, 11 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1000 (min) manat, 13 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1000 (min) manat, 15 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1000 (min) manat, 26 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 870 (səkkiz yüz yetmiş) manat, 30 aprel 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 2000 (iki min) manat, 03 may 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 1100 (min yüz) manat, 15 may 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 4411 (dörd min dörd yüz on bir) manat, 15 avqust 2024-cü il tarixdə eyni özünə məxsus həmin kartdan 500 (beş yüz) manat məbləğində pul göndərmişdir. Beləliklə də, ümumilikdə özünə məxsus 4127-2044-4815-2494 kart hesabından Cavabdeh məxsus Azərbaycan Beynəlxalq Bankından olan 4127-2093-0305-5658 kart hesabına 15270 (on beş min iki yüz yetmiş) manat məbləğində pul göndərmişdir. Cavabdeh onu inandırarq əmin etmişdir ki, verdiyi bütün borcları və bununla bağlı çəkdiyi xərcləri 2024-cü ilin sonuna qədər ona ödəyəcəkdir. Cavabdeh bütün bu dövr ərzində göndərdiyi vəsait ümumi olaraq 15270 (on beş min iki yüz yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mərkəzi Bankın internet məlumatından müəyyən edilir ki, 2024-2025-ci illər üçün Bank uçot dərəcəsi 7% təşkil edir. Yuxarıda qeyd edilən normanın tələbinə görə cavabdeh onun göndərdiyi 15270 manat vəsaitdən bəhrələndiyinə görə bir il üçün onu 1069 manat məbləğində faydadan məhrum etmişdir və həmin məbləğ də cavabdehdən onun xeyrinə ödənilməlidir. Bundan əlavə bu edilən ödənişlərlə əlaqədar ondan rəsmi olaraq komissiya haqqı olaraq Azərbaycan Beynəlxalq Bankından 219 (iki yüz on doqquz) manat pul tutulmuşdur. Həmçinin mənəvi ziyan olaraq hal-hazıra kimi bu işlə bağlı keçirdiyi streslərlə və davam edən kredit ödəşləri ilə əlaqədar 4000 (dörd min) manat məbləğində ona dəyən mənəvi ziyan üçün nəzərdə tutulmuş pul cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin anası X1 heçdə ağır onkoloji xəstə deyil və cavabdeh tərəfindən ona heç bir müalicə xərcləri olunmamış və heç bir bahalı dərmanlar alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini bitirmiş, bundan sonra işə düzəlmək üçün müraciət etmiş və 2022-ci ilin oktyabr ayında dərman şirkətində işə başlamışdır. Cavabdeh da həmin dərman şirkətində işləmiş, onu həmin şirkətdə tanımışdır. Onlar birlikdə həmin şirkətdə 4 ay müddətində işləmişlər. Bundan sonra o, 2023-cü ilin may ayında 1 nömrəli Ailə sağlamlıq Mərkəzində həkim terapevt kimi işə başlamış, işə başladıqdan sonra əvvəl işlədiyi dərman şirkətinin işçiləri, eləcə də Cavabdeh da dərmanlar haqqında məlumatları təqdim etmək üçün onun yanına gəlmişlər. Onun maaş kartı Azərbaycan Beynəlxalq Bankından olduğu üçün həmin bankdan kredit kartı da götürmək istəmiş, bu barədə işçilərə danışmış, daha sonra həmin bankdan kredit kartı götürmüş, bundan Cavabdeh məlumatı olmuş, həmin kartda nə qədər məbləğ olduğunu da bilmişdir. Cavabdeh onun kartında pul olduğunu bildikdən sonra ona anasının xəstəliyi ilə əlaqədar müayinə sənədlərini, alacağı dərmanların siyahısını göstərmiş, xəstəxana xərclərini demiş, o da cavabdehin anasının xəstə olmasına inanmışdır. Bir müddət sonra cavabdeh anasının xəstəliyi ilə əlaqədar müalicə və dərman pulu xərcləri olaraq ondan qaytarmaq şərtilə pul istəmişdir. O, da cavabdehi uzun müddət tanıdığından öz kart hesabından cavabdehə məxsus kart hesabına müxtəlif vaxtlarda pul köçürmüşdür. Sonuncu dəfə 2024-cü il avqust ayında 500 manat məbləğində pulu cavabdehə məxsus kart hesabına köçürmüşdür. O, cavabdehlə hər dəfə əlaqə saxlamış, bankdan borcla bağlı ona zəng gəldiyini və borcunu ödəməli olduğunu bildirmiş, cavabdeh isə yaxın zamanda ona olan borcunu ödəyəcəyini bildirmiş, lakin borc pulu qaytarmamışdır. Bank ondan həmin pulu tələb etdiyindən o, məcbur qalaraq banka olan borcundan 4000 manat ödəniş etmiş, qalan 10800 manat məlbəği də aylıq qrafikə salaraq hal-hazırda da ödəməkdə davam edir. İddiaçı sonda izahatında cavabdehin kart hesabına ümumilikdə 15081 (on beş min səksən bir) manat pul göndərdiyini, cavabdehin kart hesabına hər dəfə pul köçürəndə ondan komissiya haqqı tutulduğunu, həmin komissiya haqqının ümumilikdə 226,22 (iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat təşkil etdiyini, cavabdehin ona olan borcundan ümumilikdə 1450 (min dörd yüz əlli) manat pulu geri qaytardığını, qalan pulu isə qaytarmadığını bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan köçürmə qəbzlərindən və İddiaçı məxsus "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki: İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1100 (min yüz) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 16,5 (on altı manat əlli qəpik) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1100 (min yüz) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 16,5 (on altı manat əlli qəpik) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 (min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 15 (on beş) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 (min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 15 (on beş) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 (min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 15 (on beş) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 (min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 15 (on beş) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 13,05 (on üç manat beş qəpik) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 2000 (iki min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 30 (otuz) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 1100 (min yüz) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 16,5 (on altı manat əlli qəpik) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 4411 (dörd min dörd yüz on bir) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 66,17 (altmış altı manat on yeddi qəpik) manat komissiya tutulmuşdur. İddiaçı məxsus "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürməyə görə bank tərəfindən 7,5 (yeddi manat əlli qəpik) manat komissiya tutulmuşdur. İş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********39 nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC-dən illik 22,9% dərəcəsi ilə 48 ay müddətinə 10800 (on min səkkiz yüz) manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “eManat” ödəmə sistemi vasitəsilə İddiaçı kart hesabına 700 (yeddi yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Milliön” ödəmə sistemi vasitəsilə İddiaçı kart hesabına 150 (yüz əlli) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Milliön” ödəmə sistemi vasitəsilə İddiaçı kart hesabına 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli köçürmə qəbzinin surətindən görünür ki, İddiaçı kart hesabına 100 (yüz) manat məbləğində köçürmə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli köçürmə qəbzinin surətindən görünür ki, İddiaçı kart hesabına 100 (yüz) manat məbləğində köçürmə edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabı İddiaçı, 4127********5658 nömrəli kart hesabı isə Cavabdeh məxsusdur. Məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh dərman şirkətində işləmişlər, iddiaçı cavabdehi həmin şirkətdə tanımışdır. Daha sonra iddiaçı 1 nömrəli Ailə sağlamlıq Mərkəzində həkim terapevt kimi işə başlamış, işə başladıqdan sonra əvvəl işlədiyi dərman şirkətinin işçiləri, eləcə də Cavabdeh da dərmanlar haqqında məlumatları təqdim etmək üçün onun yanına gəlib-getmiş, bu zaman cavabdeh iddiaçıya anasının xəstəliyi ilə bağlı məlumat vermiş, iddiaçını anasının xəstə olmasına inandırmışdır. Bir müddət sonra cavabdeh anasının xəstəliyi ilə əlaqədar müalicə və dərman pulu xərcləri olaraq iddiaçıdan qaytarmaq şərtilə pul istəmiş, iddiaçı da cavabdehi uzun müddət tanıdığından "xxxx" ASC-də olan 4127********2494 nömrəli kart hesabından Cavabdeh məxsus 4127********5658 nömrəli kart hesabına 03 aprel 2024-cü il tarixdə 1100 (min yüz) manat, 05 aprel 2024-cü il tarixdə 1100 (min yüz) manat, 10 aprel 2024-cü il tarixdə 1000 (min) manat, 11 aprel 2024-cü il tarixdə 1000 (min) manat, 13 aprel 2024-cü il tarixdə 1000 (min) manat, 15 aprel 2024-cü il tarixdə 1000 (min) manat, 26 aprel 2024-cü il tarixdə 870 (səkkiz yüz yetmiş) manat, 30 aprel 2024-cü il tarixdə 2000 (iki min) manat, 03 may 2024-cü il tarixdə 1100 (min yüz) manat, 15 may 2024-cü il tarixdə 4411 (dörd min dörd yüz on bir) manat, 15 avqust 2024-cü il tarixdə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 15081 (on beş min səksən bir) manat məbləğində pul köçürmüş, cavabdehin kart hesabına hər dəfə pul köçürəndə iddiaçıdan ümumilikdə 226,22 (iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat məbləğində komissiya haqqı tutulmuş, cavabdeh iddiaçıya qaytarmalı olduğu pul məbləğini qaytaracağını bildirsə də, həmin borc məbləğindən xx.xx.2025-ci il tarixdə 700 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat olmaqla ümumilikdə 1450 (min dörd yüz əlli) manat pulu geri qaytarsa da, qalan pul məbləği qaytarmaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən qaytarmalı olduğu pul vəsaitini tam həcmdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün Cavabdeh 13631 (on üç min altı yüz otuz bir) manat (15081 manat (qaytarılmalı məbləğ) – 1450 manat (qaytarılan məbləğ) = 13631 manat) pul vəsaiti və 226,22 (iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat komissiya haqqı olmaqla, ümumilkdə 13857,22 (on üç min səkkiz yüz əlli yeddi manat iyirmi iki qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “1069 (min altmış doqquz) manat əldən çıxmış faydanın tutulması” hissəsinin isə əsassız olması və rədd edilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin, həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13631 (on üç min altı yüz otuz bir) manat borc və 226,22 (iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat komissiya haqqı olmaqla, cəmi 13857,22 (on üç min səkkiz yüz əlli yeddi manat iyirmi iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 131,57 (yüz otuz bir manat əlli yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13631 (on üç min altı yüz otuz bir) manat borc və 226,22 (iki yüz iyirmi altı manat iyirmi iki qəpik) manat komissiya haqqı olmaqla, cəmi 13857,22 (on üç min səkkiz yüz əlli yeddi manat iyirmi iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 131,57 (yüz otuz bir manat əlli yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-934/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-934/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver