Məhkəmə qərarları › İş №2(049)-1281/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1281/2024

18.03.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1281/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 110868,29 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 145348,92 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, icbari Tibbi Sığorta Fonduna olan 932,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1975-ci il, Doğulduğu yer - Azərbaycan, Lənkəran, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Lənkəran Şəhər Mənzil istismar Və Kommunal Müəssisələr idarəsinin (VÖEN: **********) icbari Tibbi Sığorta Fonduna 932,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 145348,92 manat, dövlət büdcəsinə 110868,29 manat məbləğində (o cümlədən, vergilər üzrə 64184,9 manat, faizlər üzrə 46683,39 manat) , işsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 257149,37 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********637300, xx.xx.2024-cü il tarixli **********223200, 23.01,2024-cü il tarixli **********148500, xx.xx.2024-cü il tarixli **********053300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi iş materiallarına ərizə əlavə edərək, ərizəyə onların iştirakı olmadan baxılması və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, ona qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 3 aydır ki, Lənkəran Şəhər Mənzil istismar və Kommunal Müəssisələr idarəsinin direktoru vəzifəsinə təyin edilib. Rəhbərlik etdiyi müəssisənin borcları əsasən, həmin idarəyə birləşmiş 3 digər müəssisənin borcları olmuşdur. Bu yaxınlarda müəssisənin borcundan 190.000 manata yaxın borc dövlətə ödənilib. Yerdə qalan 340.000 manat borc da yaxın vaxtlarda ödəniləcək. Ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, əsas fəaliyyət növü “digər tullantıların yığılması və məhv edilməsi” olan digər kommersiya təşkilatı olan hüquqi şəxs Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsi vergi ödəyicisi kimi ********** VÖEN-lə xx.xx.2005-ci il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmişdir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsinin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 932,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 145348,92 manat, dövlət büdcəsinə 110868,29 manat məbləğində (o cümlədən, vergilər üzrə 64184,9 manat, faizlər üzrə 46683,39 manat) , işsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 257149,37 manat borcu borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli **********637300, xx.xx.2024-cü il tarixli **********223200, 23.01,2024-cü il tarixli **********148500, xx.xx.2024-cü il tarixli **********053300 nömrəli bildirişlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə Qarayeva (Mehdiyeva) Bəsti Ziyavəddin qızına xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli “Xəbərdarlıq”dan görünür ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsinin rəhbəri Maraqlı şəxs 5 gün müddətində müəssisənin borcu ödənilmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinin tələbinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsinin dövlət büdcəsinə olan vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin rəhbəri Maraqlı şəxs onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəsssisələr İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə olan vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcu ödənilədək həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxx 1975-ci il, Doğulduğu yer - Azərbaycan, Lənkəran, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar