Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1302/2023 03.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı DƏDK və RPHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması (məcbur etmə haqqında iddia) tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı DƏDK və RPHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması (məcbur etmə haqqında iddia) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli və ərizə ərizəçiyə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia iddia ərizəsini qəbul etməkdən imtina edir. X1 tələbinin ümumi məhkəməyə aidiyyatı yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati Məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edirəm ki, burada “həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır” dedikdə həmin əmlakın və ya ərazinin aid olduğu yerin inzibati məhkəməsi nəzərdə tutulur. Hazırki mübahisə ilə əlaqədar iddiaçı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmalıdır. Beləliklə, X1 məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə ümumi məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli, ərizə, ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalı və X2 Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 2, 8, MPM-nin 6, 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı DƏDK və RPHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması (məcbur etmə haqqında iddia) tələbinə dair iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun və ərizə, ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. MPM-nin 153.5-ci maddəsinin tələblərinə əsasən İddiaçı izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə ümumi məhkəmədə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1302/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1302/2023
03.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver