Məhkəmə qərarları › İş №2(049)-147/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-147/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-147/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sağlamlığa vurulan ziyana görə maddi və mənəi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə həkim işləyən Cavabdeh hesabına səhhətində həkim səhlənkarlığı nəticəsində yaratdığı problemi onun hesabına aradan qaldırılması və ya əməliyyat xərclərinə görə ona vurmuş 2.500 manat ziyanın və 5.000 manat məbləğində mənəvi ziyan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran Hirkan qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonun Xanbulan kəndində yaşayır. Səhhətində olan problemlərlə bağlı olaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən iş üzrə Cavabdeh müraciət edərək müayinə və müalicə olunmağını xahiş etmiş, Sadir həkim onu müayinə etdikdən sonra təcili olaraq əməliyyat olunmalı olduğunu bildirib onu əməliyyat etmişdir. 12-13 avqust 2019-cu il tarixlərdə əməliyyat olunmuş və həmin əməliyyat zamanı Sadir həkim onu əməliyyat edib ayıldıqdan sonra əməliyyatın uğurlu olduğunu və heç bir problemin olmayacağını bildirmişdir. Əməliyyatdan 3 gün sonra qarın boşluğunda şişmə əmələ gəldiyindən əməliyyat sarğısını açan Sadir həkim təkrar əməliyyat olacağını, ilkin əməliyyat zamanı ifrazın çölə buraxılması üçün tədbir görülmədiyini və bunun xırda bir şey olduğunu deyərək yenidən onu əməliyyata salmışdır. 15 avqust 2019-cu ildə təkrar əməliyyat olunandan sonra bir neçə gün keçmiş və onu evə buraxmışdır. Daim özündə narahatlıq hiss etdiyi üçün dəfələrlə Sadir həkimlə əlaqə saxlamış, o da cavabında əməliyyat yerinin onu incitdiyini bunun da yaşıyla əlaqəli olduğunu bildirmişdir. İkinci əməliyyatdan təxminən 7 ay keçəndən sonra qarın nahiyəsində anidən iri şiş əmələ gəlmiş və bundan sonra yenidən Sadir həkimə müraciət etmişdir. Müayinə zamanı ikinci əməliyyat yerinin tikilişi zamanı onun səhlənkarlığı üzündən aparılmadığından qarın daxilində tikişlərin cırılması və bağırsaqların yerdəyişməsinin baş verdiyi məlum olmuşdur. Bu səbəbdən də Sadir həkim yenidən onu 3-cü dəfə əməliyyata salmış və həmin tikiş yerlərini guya tikdiyini bundan sonra səhhətində heç bir problemin olmayacağını bildirmişdir. Lakin buna baxmayaraq sarğıları açandan sonra Sadir həkimin səhlənkarlığı nəticəsində səhhətində və qarın nahiyyəsindəki və qarın nahiyənin zahiri görkəmindəki şişkinlik aradan qalxmamışdı və hazırda da həmin vəziyyətdə qalmaqdadır. Bundan sonra həmin həkimlə dəfələrlə səhhətinə vurduğu zərərin qarşısının alınması üçün tədbir görülməsini, əgər özü bacarmırsa onun hesabına başqa bir xəstəxana və ya başqa həkim vasitəsilə səhhətinin və qarın nahiyəsindəki zahiri görkəmin bərpa olunmasını xahiş və tələb etsə də o, artıq heç nə edə bilməyəcəyini, bir səhv etdiyini və bunu düzəldə biləcəyini bildirməklə tələbindən imtina etdi. Bundan sonra o Sadir həkimin qanunsuz və həkim səhlənkarlığı nəticəsində ona vurduğu ziyanla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciət dib, müraciətin araşdırılması üçün Lənkəran rayon prokurorluğuna göndərilmiş, prokrorluqdan isə ona məktubla cavab verilərək işin mülki xarakterli olmasını nəzərə alıb mülki xarakterli olmasını nəzərə alıb mülki qaydada məhkəmə iddia qaldırmağı izah edilmişdir. Sadir həkimin səhlənkarlığı nəticəsində 3 dəfə əməliyyat olub. Hər üç əməliyyat xərclərini də özü çəkib. Ümumillikdə həkimin özünə verdiyi pulla birlikdə sarğılar, müayinə pulları, əməliyyat üçün istifadə olunan antibakterial sürtkülər və digər xərclərlə birlikdə 2500 manat xərc çəkməklə ziyan çəkib. Ona görə də həmin pulun ondan geri tələb edir. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı yazılı etirazında və məhkəmə iclasında verdiyi izahatında Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun həmkəndlisi və qonşusudur. Lənkəran rayon Şürük kənd tibb məntəqəsinin baş həkimi və qohumu olan X6 2019-cu ilin avqust ayında ona zəng edərək bildirdi ki, bəs Lənkəran rayonu Xanbulan kəndindən İddiaçı adında bir xəstə var, onlardan Bakı şəhərində əməliyyat üçün çox pul istəyiblər, o onlara köməklik etsin. İddiaçı özü tək onun yanına gəlməyibdir. İş üzrə İddiaçı qardaşı Firudin Əkbərovla birlikdə onun yanına gəlibdir. Onu onun yanına da qardaşı X2 gətirmişdir. Qardaşı Firudinin deməsinə görə onu Bakı şəhərinə aparıblar ona kəskin yoğun bağırsaq keçməməzliyi dioqnozu qoyulmuş, əməliyyata hazırlayandan sonra Bakıda xəstəxanada əməliyyat üçün onlardan 1800 manat pul istədiklərinə görə və maddi imkanları olmadığına görə əməliyyatdan imtina edərək onun yanına gəlmişlər. Onlar onun yanına iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 12-13 avqust 2019-cu il tarixdə deyil, 18 avqust 2019-cu il tarixdə gəlmişlər. O da onlar onun həmkəndlisi və qonşusu olduğu üçün əməliyyat üçün pul istəməyib. Bundan sonra o iddiaçını müayinə etdim, onun qarnı şişmişdi, tənəffüsü çətinləşmişdi, rengiloji müayinədən sonra müəyyən edildi ki, xəstədə bağırsaq keçməməzliyi (kloyler kasacıqların olması), bağırsaq keçməməzliyi nəticəsində autoindoksikasiya əlamətləri var. Bundan sonra qardaşı Firudin Əkbərovun razılığı ilə həyati göstərişə görə qısa əməliyyata hazırlıqdan sonra andotraxiya narkoz altında xəstəni əməliyata götürüb. Qarnı açıldı, bu zaman yoğun bağırsağın enən hissəsində 100 % şiş mənşəli daralma aşkarlandı, hansıki, kəskin yoğun bağırsaq keçməməzliyinə səbəb olmuşdur. Nazik bağırsaqlar çox genişlənmiş, mənfəzində durğunluq möhtabiyyatı var idi. Əvvəlcə yoğun bağırsağın şiş olan hissəsini kəsib götürüb, onun distab hissəsini qapalı tikdim, proksimal ucunu isə qarnının sol yan divarına ayrıca kəsik ilə xaricə çıxardaraq dəriyə tikib. Nazik bağırsağın möhtaviyyatın qalça bağırsağın qurtaracaq hissəsində deşərək boru saldım və boru vasitəsi ilə tamamilə xaric eləyib. Sonra həmin nahiyyəni qapalı tikib, tamlığını bərpa etdim. Daha sonra qarnın yarasını qapalı tikib. Əməliyyatdan 4-5 gün keçəndən sonra yoğun bağırsağın bayıra çıxan hissəsi qaralmağa başladı, hansı ki, əməliyyatdan sonra belə fəsadlara çox tez-tez rast gəlmək olur. Məcbur olub, xəstəni təzədən əməliyyata götürüb, qarnı açandan sonra bağırsağın qan dövranının bayıra çıxan yerində pozulması müəyyən olundu. Bağırsağı azca mübalizə eləyəndən dartaraq sağlam yerini dəriyə çıxardıb və təzədən fiksə elədim. Bu əməliyyatı təkrar eləməsəydi bağırsağı qarın boşluğuna düşərdi və nəcisi də qarın boşluğuna düşərdi, bu da xəstənin ölümünə səbəb ola bilərdi. Bir neçə gündən sonra xəstəni evə yazıb və tövsiyyə eliyib ki, 1 ay yarım və ya 2 ay sonra təkrarən xəstəxanaya gəlsin və yoğun bağırsağın tamlığını bərpa edsin. Xəstə evə gedəndən sonra 3 dəfə onların evlərinə gedib, ona dəyib. Görüb ki, xəstə evdə tək yaşayır, heç bir qohumu xəstəliyi ilə əlaqədar ona qulluq və köməklik etmir, mətbəxtdən 10 litrlik suyu götürüb, isidərək vanna otağına aparıb, ilıq eləyəndən sonra kimliyini ona izah etdi. O ona bildirib ki, ona 3 kilodan artıq yük qaldırmaq olmaz, qaldırsa, onda əməliyyatın yerində yırtıq əmələ gələ bilər. Belə ağır əməliyyatlara yaxın əməliyyatdan sonrakı ağırlaşmalardan biri də qarının ön divarlarının əməliyyatdan sonrakı və stoma yerində yırtığıların əmələ gəlməsidir. Xəstə bərpaedici əməliyyata 7 aydan sonra, yəni 03 mart 2020-ci il tarixdə gəldi və xəstə onun yanına gec gəldiyi üçün görüb ki, stoma yerində iri ölçülü yırtığ əmələ gəlibdir. Təkrar xəstəni qardaşının icazəsi ilə əməliyyata götürüb. Qarnını açandan sonra bəlli oldu ki, nazik bağırsaqlar həm bir-biri ilə, həm də qarnın ön divarı ilə intim bitişiblər. Nazik bağırsağı ön divarından ayıranda 3 yerdən təqribən 30 sm məsafədən deşildi, həmin nahiyyəni rezeksiya eləyərək uc-uca anastamoz qoydum. Sonra stomanı ləğv elədim, yoğun bağırsaqların uclarını təzələyərək bir-birinə tikib. Qarın boşluğunu strelil məhlula yuyub, təmizləyib və kiçik çanaq və anastamoz nahiyyəsinə 2 ədəd drenaj boru qoydum. Qarın boşluğunun yarasını qapalı tikib və yaxın gələcəkdə yırtıq əmələ gəlməsin deyə tor (setka) paralon sapla tikib. Stoma yerində olan yırtığa toxumalar hesabına bərpa edib. Xəstənin yaşı çox olduğu üçün və ürəyində qüsurlar olduğuna görə uzun müddət narkozda saxlamaq mümkün olmadığına görə həmin nahiyyəyə setka tikə bilməyib. Xəstə əməliyyatdan sonra 2-3 gün reanimasiya şöbəsində yatdı, 20 gün isə xəstəxanada yatdıqdan sonra kafi vəziyyətdə evə yazıb. Ona tövsiyyə eləyib ki, 6 ay müddətində 3 kilodan artıq yük qaldırmasın və qarın üçün bandaj gəzdirsin. Əməliyyatdan sonra stoma yerində yırtıq əmələ gəlmişdir. Onunla əlaqədar bir neçə dəfə onun yanına gəlmişdir və o həmin yırtığı əməliyyat eləməyi məsləhət görüb. O, isə hər dəfə ona deyirdi ki, pulu yoxdur. O ona deyib ki, ondan pul istəmir, gəl əməliyyat eləyim. O, isə onun dediklərinə əhəmiyyət verməyərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün dediklərini təsdiq eləmək üçün məhkəmədən xahiş edir, Lənkəran rayon Şürük kənd tibb məntəqəsinin baş həkimi Lənkəran rayonu, Mamusta kəndində yaşayan X4 və iddiaçının qardaşı Lənkəran rayonu, Mamusta kəndində yaşayan X1 şahid qismində məhkəmə iclasına dəvət edib, dindirilsin. Beləliklə də, o İddiaçı iddia tələbini qəbul etmir, o ondan əməliyyat üçün heç bir məbləğdə pul almayıb. Çünki, o, yuxarıda qeyd etdiyi kimi onun həmkəndlisi və onun qonşusu olmuşdur. O ona düzgün dioqnoz qoyaraq düzgün də əməliyyat eləyib. Ola bilsin ki, o, onun tövsiyyələrini əməl etməyərək əməliyyatdan sonra onda belə fəsadlar əmələ gəlmişdir. O, ondan əməliyyata görə ondan 2500 manat pul tələb etsə də, bu halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Çünki, o ondan əməliyyata görə pul almayıb. İddiaçı dərmanlara verdiyi pulu da ondan tələb edir. Bu hal düzgün deyildir. Çünki, onu əməliyyat eləyib, dərmanları da özü almalıdır. Onun dərmanların pulunun ondan tələb etməsi əsassızdır. Eyni zamanda iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibəti odur ki, iddiaçı ondan 5000 manat mənəvi ziyana görə pul istəsədə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib, onun hansı mənəvi sarsıntı keçirtdiyi onun iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiqini tapmır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı həkim olan cavabdehin düzgün tibbi əməliyyat aparmaması nətcəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Cavadeh Cavabdeh həkim-cərrah kimi İddiaçı üzərində tibbi əməliyyat həyata keçirməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı həyata keçirilmiş tibbi əməliyyatın müəyyən edilmiş tibbi protokola uyğun aparılıb-aparılmamasıdır. Belə ki, iddiaçı Cavabdeh tibbi əməliyyatın müvafiq tibbi protokollara uyğun keçirməməsi nəticəsində onun səhhətinə ziyan vurulduğunu, cavabdeh isə keçirilmiş tibbi əməliyyatın müvafiq təlimatın tələblərinə uyğun aparıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi təşkil edir. Həmin maddəyə görə «Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.» Məhkəmə qeyd edir ki, iddia tələbi yalnız o halda əsaslı ola bilər ki, cavabdeh zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmiş olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, həyata keçirilmiş tibbi əməliyyatın müəyyən edilmiş tibbi protokola uyğun aparılıb-aparılmamasının aydınlaşdırılması xüsusi bilik tələb edən məsələ olduğundan bu halın yalnız məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfindən İddiaçı barəsində həyata keçirilmiş tibbi əməliyyatın müəyyən edilmiş tibbi protokola uyğun aparılıb-aparılmamasının aydınlaşdırılması üçün cavabdehin vəsatəti əsasında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Lənkəran Rayon Məhkəməsinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı tibbi-ekspertizaya təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin İddiaçı ünvanlanmış 28 dekabr 2022-ci il tarixli məktubu ilə, ekpsertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 getməsinin zəruriliyi bildirilmişdir. Həmin məktubda ekspertizanın keçirilməsinin yeri və vaxtı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X8 Lənkəran Rayon Məhkəməsinə ünvanlamış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı barəsində təyin edilmiş xx.xx.2022-ci il tarixli qərardadda qarşıya qoyulmuş suallara cavab verilməsi üçün şəxs məhkəmə-tibbi ekspertizaya təqdim edilmədiyindən zəruriliyi haqqında yazıb bildirilməsinə baxmayaraq, hal-hazıra qədər təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılır. Göründüyü kimi İddiaçı müvafiq tibbi ekspertizasının keçirilməsindən qəsdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müvafiq ekspertizanın keçirilməsindən imtina etdiyindən iddianın əsaslılığını sübut etmə yükü cavabdehdən iddiaçıya keçmiş olur ki, iddiaçı da zərərin məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən İddiaçı Cavabdeh qarşı «Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə həkim işləyən Cavabdeh hesabına səhhətində həkim səhlənkarlığı nəticəsində yaratdığı problemi onun hesabına aradan qaldırılması və ya əməliyyat xərclərinə görə ona vurmuş 2.500 manat ziyanın və 5.000 manat məbləğində mənəvi ziyan Cavabdeh alınıb ona verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə həkim işləyən Cavabdeh hesabına səhhətində həkim səhlənkarlığı nəticəsində yaratdığı problemi onun hesabına aradan qaldırılması və ya əməliyyat xərclərinə görə ona vurmuş 2.500 manat ziyanın və 5.000 manat məbləğində mənəvi ziyan Cavabdeh alınıb ona verilməsi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar