Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1503/2025 18.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdehnə, üçüncü şəxs AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmurunun və icra şöbəsinin rəisinin barəsində müvafiq xüsusi qərardadın çıxarılaraq barələrində tədbir görülməsindən və məmur özbaşınalığının qarşısının alınmasından ötrü AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdehnə, üçüncü şəxs AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbkar X1 qanunsuz iddia tələbkarlığı üzrə məhz sifarişli maraqlarına xidmət edib, bu gün Lənkəran rayon məhkəməsinin səlahiyyətli hakimi Nicat Ağabəyovun sifarişli bir tələbkarlıqla barəsində qəbul etmiş olduğu xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ciddi və əhəmiyyətli qanun pozuntuları ilə çıxardılaraq, qanunsuz və əsassız bir tələbkarlıqla da sifarişli aliment ödənişinə zorakı tabeçiliyi gündəmə gətirən sifarişli icra vərqəsini bəlli edərək icraata başlamaq haqqında sifarişli icra işini gündəmdə edib ona verilməyən və şikayət edilməsinə də imkan verilməyən bu qərarın tələbkarllığında ciddi və əhəmiyyətli qanun pozuntuları ilə hər ay aldığı təqaüd pulundan 255, həm də bu gün 265 manat aliment tutulmasına yönəlməni də məlum etdiyindən, Cavabdeh səlahiyyətli icra məmuru Elvin Babayevin,o cümləden, icra şöbəsinin rəisi Davud Ağayevin hərəkətlərinin qanunsuz hesab edilməsini müəyyənləşdirən müvafiq məhkəmə qərarını qəbul edib icra işinin dayandırılmasını təmin edəcək məhkəmə aktının çıxarılmasını, Cavabdeh rəisi Davud Ağayevin vəzifədən suiistifadə edib icra məmuru Elvin Babayevlə birlikdə qanunsuz icra hərəkətlərini sifarişli həyata keçirib, əsaslı mübahisə predmetinə çevrilmiş məhkəmə qətnaməsinin tələbkarlığında sifarişli çıxardılan bu icra vərəqəsinin icrasını da bu gün sifarişli icra etməklə, barəsində ciddi və əhəmiyyətli qanun pozuntularına sifarişli yol verərək məmur özbaşınalığı tələbkarlığında birmənalı hakim Nicat Ağabəyovun sifarişli maraq dünyasına xidmət edilməklə, qanunla qorunan hüquqlarını ciddi və əhəmiyyətli pozduqlarından barələrində müvafiq xüsusi qərardad çıxardılmaqla, tədbir görülməsindən ötrü üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin üzərinə məcburedici əsaslı bir öhdəliyini qoyulmasını təmin etməyi məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin tələbin mahiyyətinə aid giriş hissəsində xüsusi qərardad çıxarılaraq müvafiq orqana göndərilməsini xahiş etmiş, iddia ərizəsinin məzmununda məhkəmənin hakimindən, icra şöbəsinin rəisindən və icra məmurundan şikayətlərini bildirmiş, ərizənin sonunda - tələbin məzmununda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin üzərinə məcburedici əsaslı bir öhdəliyini qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarından iddiaçının tələbinin mahiyyətinin konkret olaraq nədən ibarət olduğu, ümumiyyətlə, həmin tələbin məhkəmədə baxılmalı olan iş kimi qəbul edilməsinin mümkün olub-olmadığı dəqiq müəyyən edilmir. Bununla da iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, hazırki iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olan hər hansı tələb (məsələn, qiymətləndirilməyən iddia ərizəsi) kimi qəbul edilsəydi də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün hər hansı miqdarda dövlət rüsumu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə, habelə, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün tələbin məzmununa uyğun olaraq qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdehnə, üçüncü şəxs AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmurunun və icra şöbəsinin rəisinin barəsində müvafiq xüsusi qərardadın çıxarılaraq barələrində tədbir görülməsindən və məmur özbaşınalığının qarşısının alınmasından ötrü AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1503/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1503/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver