Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1661/2025 23.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı1 və qeyriləri Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbi ilə müraciət edərək ümumi paylı mülkiyyətdə olan Lənkəran rayonu, Boladi kəndində yerləşən 0.24 ha torpaq sahəsinin İddiaçı1 9/16 hissədə, İddiaçı2 1/16 hissədə, İddiaçı4 1/16 hissədə və X1 1/16 hissədə paylarının naturada ayıraraq onlara verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmiş, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçılar məhkəməyə ərizə göndərərək iddia ərizələrinin baxılmamış saxlamaqla onu, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların ərizələrini nəzərə alaraq hesab edir ki, iddiaçıların ərizələri təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı X2 xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçıların ərizəsi təmin olunsun. İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrilərinə qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(049)-1661/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1661/2025
23.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver