Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1734/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 qarşı «yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, həmçinin yetkinlik yaşına çatmayan X2 Lənkəran şəhəri, X7 küçəsi ev 8 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, X7 küçəsi, ev 8 ünvanda yerləşən fərdi yaşayış evi mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Rəsmi olaraq ona məxsus olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, həmçinin yetkinlik yaşına çatmayan X4 həmin ünvanda yaşamırlar. Mənzil onun mülkiyyətində olduğundan və cavabdehlərin hazırda həmin mənzilə dair hər hansı hüququ, xüsusilə də istifadə hüququ mövcud olmadığından, onun həmin mənzildə yaşaması mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı 13.05.25-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək səhhəti və yolun uzaq olduğuna görə məhkəmənin baxış iclaslarında iştirak edə bilməyəcəyini onun iştirakı olmadan iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4 qeydiyyat yeri olan Lənkəran şəhəri, X7 küçəsi, ev 8 ünvanına rəsmi bildiriş göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Eyni zamanda məhkəməyə məlum olan Cavabdeh3 elektron sms-lə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən cavabdehləri lazımı qaydada məlumatlandırılmış hesab edərək işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, ********** nömrəlli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X7 küçəsi, ev 8-də yerləşən 105.7 kv m sahəsi olan mənzil tam mülkiyyəti üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış Yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü X5, xx.xx.1994-cü il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2057-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.1991-ci il təvəllüdlü Məmmədov X3 şəhəri, X7 küçəsi ev 8-də qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-2344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh5, Cavabdeh2 və ailə üzvləri tərəfindən DƏDR-dən çıxarışa qeydiyyat tarixi xx.xx.2020 reystr nömrəsi: **********05-10301) əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda 0,0312 ha torpaq sahəsində yerləşən 105.70 kv.m yaşayış evin və 14/20 hissə torpaq sahəsinə dair əmlakdan istifadə, ona dair sərəncam vermə hüququna yaradılan maneələrə (iddiaçı və ailə üzvlərinin orada yaşamasına, evin satılmasına və ya kirayə verilməsinə törədilən manelər) aradan qaldırılsın və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanı uzun müddətdir istifadəsizdir və həmin evdə heç kim yaşamır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli qəbzadən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda 0,0312 ha torpaq sahəsində yerləşən 105.70 kv.m yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, həmçinin yetkinlik yaşına çatmayan X4 həmin mənzildə qeydiyyatda olsalar da, həmin şəxslər o ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4,həmçinin yetkinlik yaşına çatmayan X4, İddiaçı xüsusi mülkiyətində olan Lənkəran şəhəri, X7 küçəsi, ev 8-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, həmçinin yetkinlik yaşına çatmayan X2 İddiaçı xüsusi mülkiyətində olan Lənkəran şəhəri, X7 küçəsi ev 8 ünvanında yerləşən 105.70 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1734/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1734/2025
03.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver