Məhkəmə qərarları › İş №2(049)-1775/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1775/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1775/2025 24.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurduğu maddi ziyana görə 400 manat, mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 1400 (bir min dörd yüz) Manat pulun tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə yekun məhkəmə iclasında ərizə verərək göstərmişdir ki, Cavabdeh tərəfindən dəymiş ziyan ona tam şəkildə ödənilmiş, iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona eyni iş üzrə təkrar məhkəməyə müraciət etməyin yol verilməzliyi izah olunmuşdur. Cavabdeh yekun məhkəmə iclasında izahat verərək göstərmişdir ki, dəymiş ziyan tam şəkildə ödəmiş, iddiaçı tərəflə barışıq əldə olubmuş və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsini əsas tutaraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsunu geri qaytarılır. Buna görə də, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə xx.xx.2025-ci il tarixli 10380 nömrəli qəbzə əsasən ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar